İngilis dili müəllimi (6-12 və 12-18 yaş aralığı üçün) vakansiyası

Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur.Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır.Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

 

İngilis dili müəllimi (6-12 və 12-18 yaş aralığı üçün)

Tələblər:

• Bakalavr dərəcəsi (Müvafiq ixtisası üzrə);

• 6-12 və 12-18 yaş qrupları ilə işləyə bilmək bacarığı;

• TOEFL (100-120) / IELTS ( 7-7.5) üstünlükdür;

• TESOL, CELTA kimi beynəlxalq tədris sertifikatları üstünlükdür;

• İngilis dili tədrisi sahəsində ən azı 1 illik təcrübə mütləqdir;

• Dərslərin Cambridge metodu ilə keçirilməsi mütləqdir.

 

Vəzifə öhdəlikləri:

• Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;

• İngilis dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;

• Vaxtın idarə edilməsi bacarığı;

• Dil tədrisi metodikasında mövcud tendensiyalar və inkişafları bilmək;

• Tələbə ehtiyaclarının ödənilməsini təmin etmək üçün akademik məsləhətçi heyətimizlə ortaq çalışmaq;

• Tələbənin davamiyyət qeydlərini apara bilmək.

 

İş haqqında:

-       Tam və ya yarım gün iş saatı;

-       ARƏM uyğun işə qəbul;

-       Şirkət tərəfindən təşkil olunan təlimlərdə ödənişsiz iştirak;

-       Səmimi, inkişaf edən və peşəkar bir komandada işləmək imkanı.

 

Qeyd: Müsahibəni uğurla keçən namizədlər kurs tərəfindən təşkil olunan müvafiq  təlimdə iştirak etdikdən sonra dərslərə başlayacaqlar.

 

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “İngilis dili müəllimi (uşaqlar üçün)” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az