“Bir Könüllü” Tələbə Təşkilatı idarə heyətinə üzv qəbulu üçün müraciətləri açıq elan edir!
Öz missiyasını Azərbaycan tələbələrini elm və təhsil istiqamətində inkişaf etdirmək, tələbələrin sosial məsuliyyət hissini gücləndirmək və onları cəmiyyətin aktiv üzvləri kimi yetişdirmək məqsədi ilə həyata keçirən qeyri-hökümət təşkilatı təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək, müxtəlif təlim və seminarlar təşkil edir, tələbələri könüllü fəaliyyətə cəlb edir, lokal və beynəlxalq səviyyədə dövlət və özəl sektor ilə işbirliyi edərək tələbələrin cəmiyyətdəki rolunu artırmağa və onların üzləşdiyi sosial məsələlərə praktiki həllər təklif etməyə çalışır.
Tələbələri cəmiyyət qarşısında məsuliyyət daşıyan, etik və liderlik xüsusiyyətlərinə malik şəxslər kimi formalaşdırmağı hədəfləyən təşkilat idarə heyətinin üzvü vəzifəsi üzrə müraciətləri açıq elan edir.
İdarə heyəti üzvü üçün müraciət edən namizədlərə dair xüsusi tələblər:
Ali təhsil;
Magistr dərəcəsi; (arzuolunandır)
Strategiyaların hazırlanması və təhlil edilməsi üzrə təcrübə;
Layihələrin idarə edilməsi, kommunikasiya və ya digər əlaqəli sahələr üzrə təcrübə;
Gənclərlə iş sahəsində minimum 2 illik təcrübə;
Komanda quruculuğu, təşkilatçılıq sahələri üzrə təcrübə;
Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti (rus dili arzuolunandır);
“MS Office” proqramlarında sərbəst işləmək bacarığı, müxtəlif proqramlar vasitəsilə təqdimatların hazırlanması;
Təşkilatçılıq və liderlik keyfiyyətləri;
Analitik düşünmə və problem həlletmə;
Ünsiyyət və komanda da işləmək bacarıqları.
Vəzifə öhdəlikləri:
Təşkilatın məqsəd və hədəflərinə uyğun olaraq, ölçülə bilən indikatorlar göstərilməklə uzunmüddətli və qısamüddətli strategiyalar hazırlamaq və bu planların uğurla həyata keçirilməsini təmin etmək.
Təşkilatın idarə heyətini peşəkar və təcrübəli şəxslərdən ibarət formalaşdırmaq, təşkilatın gündəlik fəaliyyətlərinin effektiv idarə edilməsinə məsul olmaq.
Mövcud üzvlərlə mütəmadi olaraq əlaqə saxlamaq və fəaliyyətlərinə dəstək olmaq, yeni üzvlərin cəlb edilməsi üçün strategiyalar hazırlamaq və bu istiqamətdə tədbirlər təşkil etmək.
Üzvlərin təlim və inkişaf ehtiyaclarını müəyyən etmək və uyğun proqramların təşkilini təmin etmək.
Dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək.
Təşkilatı yerli və beynəlxalq forumlar, konfranslar və digər platformalarda təmsil etmək.
Təşkilatın fəaliyyətlərini və nailiyyətlərini kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə təbliğ etmək, təşkilatın imicini müsbət yöndə artırmağa yönəlmiş kommunikasiya strategiyalarını həyata keçirmək.
Rüblük, yarımillik və illik hesabatlar hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
Son müraciət tarixi: 15.09.2024
Qeyd: İdarə heyəti üzvləri layihə əsaslı aylıq məvacib əldə edəcəklər.
Qeyd: İdarə heyəti üzvü olacaq şəxslər minimal 1 illik xidməti müqavilə əsasında fəaliyyət göstərməlidirlər.
Müraciət üçün aşağıdakı keçidə daxil olun: https://forms.gle/1mBeqJneEB4CyXcY8
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur