Bazar, 1 İyun, 2025

“Beynəlxalq əlaqələr şöbəsi” üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 16 Mart, 2023 - 22:38
“Beynəlxalq əlaqələr şöbəsi” üzrə mütəxəssis vakansiyası

“Rabitabank” ASC  Xəzinədarlıq departamenti, “Beynəlxalq əlaqələr şöbəsi” üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Namizədin vəzifə öhdəlikləri:

  • Bankın yerli və xarici tərəfdaş banklarla, müxtəlif maliyyə qurumları ilə əlaqələrinin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
  • Gündəlik sənədləşmə işinin aparılması, mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması və zəruri sənədlərin hazırlanıb tərəfdaşlara təqdim edilməsi;
  • Yerli və xarici tərəfdaş bankların və maliyyə qurumlarının qarşısında Bankın nüfuzunun  yüksək səviyyədə saxlanılması üçün öz təkliflərini vermək və müvafiq tədbirləri həyata keçirmək;
  • Yeni potensial tərəfdaş bankların və maliyyə qurumlarının müəyyən olunması istiqamətində araşdırmalar aparmaq və təkliflər vermək;
  • Bankın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tərəfdaş bankların, tədbirlərində Bankın təmsil olunması.

 

Namizədə tələblər:

  •  Tam Ali təhsil;
  • Azərbaycan, ingilis və rus dillərini səlis bilmək, 
  • Aidiyyatı sahədə ən azı 2 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir); 
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda tərkibində işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı, 
  • İşgüzar yazışmalar aparmaq qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynalxalq əlaqələr şöbəsinin mütəxəssisi” göstərməyiniz xahiş olunur. 

 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 120
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 174
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 94
XVIII Beynəlxalq Ast...