Çərşənbə, 6 Avqust, 2025

Qeydiyyatçı vakansiyası


  • Dərc edildi: 18 İyun, 2023 - 00:12
Qeydiyyatçı vakansiyası

Qeydiyyatçı

Müraciət et

“Sağlam Ailə” tibb mərkəzi Qeydiyyatçı vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:

Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;

Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir;

Sığorta təşkilatları vasitəsilə  müraciət edən pasientlərin qəbulu və qeydiyyatını aparır;

Pasiyentə imtina edilən xidmətlərin qeydiyyatını aparır;

Pasiyentə müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları verir;

Namizədə olan tələblər:

Ali və ya orta ixtisas təhsil;

Azərbaycan, rus dili biliyi - əla;

İş təcrübəsi vacib deyil;

Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:

İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;

Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qeydiyyatçı” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5813
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1084
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 394
“İnnovativ məktəb” l...