Cümə, 6 İyun, 2025

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə dövlət nümunəli sənəd mütəxəssisi vəzifəsinə vakansiya elan edilir


  • Dərc edildi: 14 Yanvar, 2025 - 21:49
Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə dövlət nümunəli sənəd mütəxəssisi vəzifəsinə vakansiya elan edilir

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə dövlət nümunəli sənəd mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.

 

Tələblər:

 

· Ali təhsil;

· Dövlət nümunəli təhsil sənədlərinin hazırlanması və idarə olunması sahəsində ən azı 1-2 il iş təcrübəsi;

· Hüquqi biliklər: Təhsil hüququ, qanunvericilik və təhsil sənədləri ilə bağlı mükəmməl biliklər;

· MS Office proqramlarında sərbəst işləmə bacarığı;

· Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili arzuolunandır);

· Sənədlərin vaxtında və düzgün tərtib edilməsi;

· Kommunikasiya bacarıqları;

· Yaxşı təşkilatçılıq və analitik düşünmə. 

 

Vəzifə öhdəlikləri:

 

· "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Dövlət təhsil sənədlərinin mövcud qanunvericilik və tələblərə uyğun olmasını təmin etmək;

· Elm və Təhsil Nazirliyindən ali təhsil haqqında diplom və diplom əlavələrini almaq, qeydiyyatını aparmaq və məzunlara təhvil vermək;

· Buraxılış əmrlərinin “Diplom təsdiq sistemi”nə işlənməsi;

· Köçürülən tələbələrin akademik arayışlarını almaq;

· Dublikat və korlanmış diplomların verilməsi üçün lazımi prosedur qaydalarını yerinə yetirmək;

· Dövlət təhsil sənədləri ilə bağlı əlaqədar qurumlar və şöbələrlə əlaqə saxlamaq, sənədlərin düzgün tətbiqini təmin etmək;

· Dövlət təhsil sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması üçün qaydaların hazırlamaq və tətbiq etmək;

· Təhsil sənədləri ilə bağlı müvafiq hesabatlar və təhlillər hazırlamaq, rəhbərliyə təqdim etmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 22.01.2025-ci il saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...