Bazar ertəsi, 1 Sentyabr, 2025

Azerfloat QSC “ Siz Xoş Gələcəksiniz” maaşlı yay təcrübə proqramına start verir


  • Dərc edildi: 17 İyun, 2024 - 20:22
Azerfloat QSC  “ Siz Xoş Gələcəksiniz” maaşlı yay təcrübə proqramına start verir

Azerfloat QSC  “ Siz Xoş Gələcəksiniz” yay təcrübə proqramına start verir

 

Azerfloat QSC  “ Siz Xoş Gələcəksiniz” yay təcrübə proqramına start verir. Bu proqram 2 ay müddətinə nəzərdə tutulub.

Proqram haqqında:

Mərhələli dəyərləndirmələr (məntiq testi və müsahibə) nəticəsində seçiləcək məzunlar şirkətimizdə aşağıda qeyd olunan şöbələr üzrə təcrübə keçəcəklər.

Təcrübə keçiriləcək şöbələr / Təhsil Tələbi:

  1. Maliyyə şöbəsi / Ali
  2. Təchizat şöbəsi / Ali
  3. İnsan Resurları şöbəsi / Ali
  4. Nəzarət ölçü cihazları və Avtomatlaşdırma şöbəsi  / Ali
  5. SƏTƏM  şöbəsi / Ali
  6. Keyfiyyətə nəzarət və Laboratoriya şöbəsi / Ali
  7. Elektrik mühəndisliyi şöbəsi / Ali/orta peşə
  8. Mexanika şöbəsi / Ali/orta peşə
  9. İstehsalat şöbəsi ( isti xətt üzrə operator-soyuq xətt üzrə operator) / Ali/Orta peşə

 

Təcrübə proqramı iyun ayında start verməklə 2 ay davam edəcək. Bu müddət ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik, bacarıqlara yiyələnəcək və iş həyatına ilk addımlarını atacaqlar. Təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə “Azerfloat” QSC tərəfindən sertifikat veriləcək. Texniki bilik və bacarıqları ilə fərqlənən təcrübəçilər isə işlə təmin olunacaqlar.

Tələblər, bilik və bacarıqlar:

  • Ali və ya orta peşə ixtisasını bu il bitirən sonuncu kurs tələbələri;
  • Ali və ya orta peşə ixtisasını bitirmiş məzunlar;
  • Ünsiyyət bacarığı;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyət və  punktuallıq;
  • Araşdırma bacarığı

Təminatlar:

  • Əmək haqqı: 316  AZN;
  • Nahar;
  • Servis xidməti;
  • 08:00-17:00 (Bazar ertəsi – Cümə) 

Əlavə məlumatlar:

Təcrübə Proqramının iştirakçıları “Azerfloat” QSC-nin Gənclik ofisində (Bakı ş., Koroğlu Rəhimov 13.) və Azerfloat Sumqayıt Şüşə zavodunda (Sumqayıt Kimya Sənaye Parkı., Kimyaçılar küç., 1, AZ 5002, Sumqayıt, Azerbaijan.) fəaliyyət göstərəcəklər;       

Mövzü yerinə mütləq təcrübə keçmək istədiyiniz şöbənin adını yazıb  [email protected] elektron poçt ünvanına  göndərməyiniz xahiş olunur,  şöbənin adı qeyd olunmadan göndərilən CV-lərə baxılmayacaqdır

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 973
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 199
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7857
Sumqayıt Dövlət Univ...