Bazar ertəsi, 25 Avqust, 2025

Maliyyə üzrə Aparıcı mütəxəssis vakansiyası


  • Dərc edildi: 4 Fevral, 2025 - 00:15
Maliyyə üzrə Aparıcı mütəxəssis vakansiyası

Maliyyə üzrə Aparıcı mütəxəssis vakansiyası

 

 İş haqqında məlumat :



Müəssisənin mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq təşkil edilməsi və nəzarət edilməsi.
Maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı) düzgün və vaxtında hazırlanması və təqdim edilməsi.
Hesabat sənədlərinin doğru tərtib edilməsi və məlumatların etibarlılığının təmin edilməsi.
Xərclərin plana uyğun istifadəsinə nəzarət edilməsi, qeyri-məhsuldar xərclərin təhlil olunması və onların səbəblərinin araşdırılması.
Müvafiq mühasibat məlumatlarının hazırlanması və mühasibat sənədlərinin düzgün saxlanılmasına nəzarət.
Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflərin hazırlanması.
Kreditor və debitorlar ilə hesablaşmaların düzgün şəkildə uçotunun aparılması.
Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün şəkildə yerinə yetirilməsi.



Namizəddən Tələblər:



Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahədə ali təhsil.
Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi.
Beynəlxalq mühasibat uçotu standartları (IFRS) barədə biliklər.
Problemləri həll etmək və uyğunsuzluqları düzəltmək bacarığı.
Fərdi və komanda şəklində işləmə qabiliyyəti.
Yüksək məlumat analizi və idarəetmə bacarığı.
ACCA (F2, F3, F7) və ya digər beynəlxalq sertifikatlar üstünlükdür.
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlükdür);
MS Office (Xüsusən Excel) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Güclü analitik düşünmə və təhlil etmə qabiliyyəti.

 


İş şəraiti:



İş günləri: I-V günlər.
 İş vaxtı: 09:00-18:00
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
 Nahar şirkət tərəfindən aylıq ödənilir.
 Ünvan: Bakı şəhəri, Babək plaza.

 Müraciət etmək istəyən şəxslər CV-lərini başlıqda elanın adını qeyd etməklə [email protected] adresinə göndərə bilərlər.

Qeyd: yalnız uyğun şəxslərə geri dönüş ediləcək. 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...