Bazar, 27 İyul, 2025

“Universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis” vakansiyası


  • Dərc edildi: 14 Mart, 2024 - 14:35
“Universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis” vakansiyası

Azərbaycan Texniki Universitetinin Tədqiqat və İnkişaf şöbəsinə “Universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis” vəzifəsinə vakansiya elan olunur.

Əmək funksiyaları:
- Reytinqlərdə iştirak üçün strategiyanın formalaşdırılması və həyata keçirilməsi;
- Times Higher Education, QS World University Rankings və Dünya Universitetlərinin Akademik Reytinqi (ARWU) də daxil olmaqla müxtəlif universitet reytinqlərində AzTU-nun fəaliyyətinə nəzarət etmək və təkmilləşdirmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq, mövcud çətinliklərin və problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələr təqdim etmək;
- Şöbənin öhdəliyində olan digər işlərin vaxtında və keyfiyyətli icrası üçün şöbənin digər əməkdaşlarının işlərinə kömək etmək, ehtiyac olduğu təqdirdə komanda üzvlərini əvəz etmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (biznesin idarə edilməsi, marketinq, ali təhsilin idarə edilməsi);
- Universitet reytinqlərinin idarə edilməsi və ya oxşar vəzifələrdə təcrübə;
- İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
- Ms Office, Ms Access, MS project proqramları üzrə biliklər;
- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;
- “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf proritetləri və qanunvercilik bazası, Boloniya prosesi haqqında biliklər;
- Məlumatların təhlili alətləri və proqram təminatı üzrə biliklər (Qlobal universitet reytinqi metodologiyalarını bilənlərə üstünlük verilir).

Əlavə məlumatlar:
İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı : Namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcəkdir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini “Universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 210
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 801
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 611
Azərbaycan Texnologi...