
Adiləşmiş, amma böyük trammalara yol açan ifadə və suallar
Övladlarımızla oynayarkən, yatızdırarkən, “özünü yaxşı aparmayanda” ram etmək üçün bəzi suallar veririk və ya ifadələrdən istifadə edirik. Biz bu sual və ifadələri adi hesab etsək də onlar uşaqlarda dərin psixoloji trammalar yaradır. Hansı ki, bu trammalar ömrüboyu altşüurda qalır və övladınızı həyatı boyu izləyərək yaşamasına mane olur.
Necə?
- Atanı çox istəyirsən, yoxsa ananı?
Bu sualı verməklə övladımızı bu barədə düşünməyə təhrik edirik. Onu seçim qarşısında qoyuruq. Eyni zamanda bu sual bizimdə öz övladlarımız arasında ayrıseçkilik qoyduğumuzun sübutudur. Ailədə “ayrıseçkilik” soyuqluq yaradır. Zaman keçdikcə valideyn və övlad arasındaki bağlar incəlir, hətta tamami ilə qırıla bilir. Belə uşaqlar evi tərk etməyə cəhd edir. Sevgini çöldə axtarmağa çalışır. Bu isə yeni problemlərə yol açır. Sonra gec ola bilər! Ehtiyatlı olaq!
Unutmamalıyıq, hər böyük problemin səbəbi diqqət göstərmədiyimiz, fərqində olmadığımız kiçik hesab etdiyimiz detallardır.
Bəzən müəllimlərdə ayrıseçkilik edir. “Yaxşı oxuyan” , “pis oxuyan” şagirdlərə fərqli yanaşır. Uşaqlar bunu hiss edir. Heç bir uşaq sevmədiyi müəllimin dərsini oxumaq istəmir. Deməli müəllim uşağın yaxşı nəticə göstərməsinə mane olur.
Müəllim ayrıseçkilik edirsə bu onun səriştəsizliyindən, savad və psixoloji hazırlığının yetərsizliyindən xəbər verir.
Sevgi sözlə ifadə edilsədə hisslərlə idarə olunur. Sevdiyimizi dilə gətirməyi bacarmaya bilərik, amma seviliriksə bunu mütləq hiss edirik. Ona görə də, əziz müəllimlər, şagirdlərinizlə elə davranın ki, onlara “Məni sevirsən?” Ən çox hansı müəllimini sevirsən?” suallarını vermək ehtiyacıda duymayasınız.
- Yatmasan “xoxan” gəlib səni aparacaq.
Uşaqların təxəyyülü çox geniş və rəngarəngdir. Sizin “xoxan” adlandırdığınız məğluqu hər uşaq bir cür təsəvvür edir və qorxur. Sizcə qorxan adam rahat yata bilər? Yaxşı yuxu necə, görə bilər? Bəs yaxşı xoş əhvalla oyanması mümkündürmü? Beləliklə özümüzdə bilmədən uşaqlarımızda “qorxaqlıq” kimi mənfi keyfiyyət formalaşdırmış oluruq.
Gəlin, belə etməyək. Əksinə onlara kitab oxuyaq, nağıl danışaq. Xoş sözlər deyərək yatızdıraq. Onda yaxşı yatar və xoş əhvallada oyanar.
- Müəllim deyir:
- Mən gedəcəm məndən “pis müəllim” gələcək.
Deməli müəllimin metodikası sinifi əla almağa yetmir. Eyni zamanda bu ifadə ilə özünüzün yetərsizliyiniz etiraf etmiş olmursunuzmu? Uşaqlar bu cümləni belə anlayır: Mən pis müəllim olduğumu, məni sevmədiyinizi bilirəm. Məndən pis müəllimlərdə var. Şükür edin ki, hələ məni tanıyırsınız. Heç bir peşəkar müəllim bu duruma düşməz.
- Görürsən “o” necə ağıllıdır anasını incitmir.
Övladlarınızı başqa uşaqlarla müqayisə etməyin, hətta öz bacı və qardaşları ilə də. Bu uşaqlar arasında süni intiriqa yaradır. Bir-birlərini qısqanmağa, nifrət etməyə başlayırlar. Ona görə də uşaqları özləri ilə müqayisə etmək daha məqsədə uyğundur. Necə?
Hansısa doğru olmayan hərəkətinə irad bildirirsinizsə, bu və ya digər yaxşı hərəkətini qiymətləndirin, qabardın. Məsələn:- O gün şeiri elə gözəl öyrənmişdin ki, deməli ən yaxşısını etməyi bacarırsan. Əgər bacarırsansa nə üçün etməyəsən?
Biz övladlarımıza bacarmırsan, bilmirsən, tərbiyəsizsən dedikcə onların özgüvəni azalır. Özünüqiymətləndirmə bacarığ aşağı düşür. Bu isə təbii ki, daxili özünəinamı məhv edir.
Bu müəllimlərə də aitdir. Əziz müəlimlər, siz uşaqları digər yoldaşları qarşısında danlamayın. Onları müqayisə etməyin! Bu şagirdlər arasındaki münasibətləri korlayır.
- Allah məni öldürsün! Sənində canın qutarsın, mənimdə!
Uşaqlar ölümün nə olduğunun nə olduğunu tam dərk etmirlər. Bu onları qorxudan bir məhfumdur. Övladınız düşünür:
- Anam məni sevmir. Çıxıb getmək istəyir. Beləliklədə onda sizi itirmək qorxusu yaranır. Ümumiyyətlə “Səni atıb gedərəm.” “Səni uşaq evinə qoyaram” kimi ifadələr qorxuncdur. Bu ifadələrlə övladınız ram edə bilməzsiniz.
- Uşaqlarınızı danladıqda belə bunu onu sevdiyiniz üçün etdiyinizi hiss etdirin. Məsələn: O həyətdə oynayır evə gəlmək istəmir. Zamanının çox hissəsini çöldə oynamaqla keçirir. Onu döymək əvəzinə deyin:
- - Gəl birlikdə vaxt keçirək, söhbət edək. Yanımda olmağını istəyirəm. Sən olmayanda darıxıram. Sənin üçün narahat oluram və.s
“Yemək yemirsən yemə!” “Cəhənnəmə ye” kimi ifadələrin əvəzinə yeməyə gözəl görünüş verin. Təqdimatı dəyişin. Süfrəni onun üçün bəzəyin. Xoşluqla, sevgi ilə onu daha tez yola gətirə bilərsiniz nəyin ki, aqresiv davranış və kobud ifadələrlə.
Əksinə zamanla o aqresiyaya aqresiya ilə cavab verməyə başlayaraq özünü müdafiə pozisiyasına keçəcək.
Uşaqlar eşitdiklərini yox, gördüklərini təkrarlayırlar. Yəni sizin tərbiyyə barədə sözləriniz yox, rəfdarınızı, davranışınızı təkrarlayır. Övladınızın necə olmağını arzulayırsınızsa özünüz elə olmağa çalışın.
Əfsanə İspəndiyarova (Əfsanə Laçın)
Kaspi uşaq bağçası Ağ şəhər filyalı- Baş müəllim / uşaq yazıçısı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur