ADM ISO 9001:2015 Beynəlxalq Sertifikat Proqramını ödənişsiz təklif edir

ADM ISO 9001:2015 Beynəlxalq Sertifikat Proqramını ödənişsiz təklif edir. 

Xüsusi qeyd: Azərbaycan Diplomatiya Mərkəzi ilə GETCO Platformasının təşkil etdiyi 8 saatlıq ISO 9001:2015 Keyfiyyətin İdarə Edilməsi Beynəlxalq təlimi ödənişsiz təklif olunur. 

Proqramın sonunda İngiltərədə akkreditasiya olunmuş təşkilat tərəfindən beynəlxalq sertifikat əldə edəcəksiniz.

Eyni zamanda, siz Türkiyə universiteti tərəfindən təqdim olunan sertifikat ilə təmin olunacaqsınız.

 

Effektiv bir keyfiyyət idarəetmə sistemi üçün minimum şərtləri bilmək, müştəri əlaqələrinə yönəlmiş müəssisədə müştəri məmnuniyyətini artırmaq, layihə və planlaşdırmanın özəlliklərinə bələd olmaq və fəaliyyətinizi təkmilləşdirmək yolunda irəliyə doğru addımlamaq istəyiniz varsa, sizləri Azərbaycan Diplomatiya Mərkəzinin ISO standartları sahəsində təlim proqramına qoşulmağa dəvət edirik. 

ISO 9001:2015 – Keyfiyyəti İdarəetmə Sistemi Beynəlxalq Standartı müştəri gözləntiləri, ehtiyacları və qanuni şərtləri qarşılamaqla müştəri məmnuniyyətinin artırılmasını təklif edən dünyaca qəbul olunmuş keyfiyyət idarəetmə sistemi növüdür. Bu standartın məqsədi fəaliyyət zamanı xəta və qüsurları azaltmaq, aradan qaldırmaq və ən əsası yarana biləcək xəta və qüsurların öncədən qarşısını almaqdır.  

 

Təlim kimlərə faydalı ola bilər?

  • Bütün sahələr üzrə Rəhbər şəxslər;
  • Bütün sferalarda çalışan işçilər;
  • Menecerlər;
  • A-dan Z-ə kimi bütün şirkət və ya təşkilat nümayəndələri (dövlət, özəl, QHT və s.)
  • İdarəedici vəzifədə işləyən və ya işləmək arzusunda olan şəxslər;
  • Karyera inkişafı arzulayan şəxslər.

 

Təlim Modulları: 

  • Keyfiyyət idarəetmə sistemi və onun prosesləri.
  • İdarəetmədə liderlik və öhdəlik.
  • Keyfiyyət üzrə siyasətin işlənilməsi.
  • Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər.
  • Keyfiyyət idarəetmə sistemində daxili və xarici əlaqələrin qurulması.
  • Layihələrin idarə olunması.
  • Keyfiyyət idarə etmə sisteminin məqsədlərinə nail olunması üçün zəruri olan Resurslar.
  • Risk və imkanların müəyyən edilməsi.
  • Məhsul və xidmətlərin layihələndirilməsi.
  • Keyfiyyət idarəetmə sistemində dəyişikliklərin idarə olunması.
  • Keyfiyyət idarəetmə sistemində auditin aparılması qaydası.
  • Keyfiyyət idarəetmə sistemində Performansın ölçülməsi.
  • Davamlı yaxşılaşdırma sistemin qurulması.

 

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Dərslər qrup halında keçirilir. 

Dərslər ənənəvi və online formada keçirilir.

Müddət: 3 həftə, həftədə 2 dəfə olmaqla 

Xüsusi qeyd2: Şirkət və müəssisələrə aid korporativ təlimlər təşkil edilir.

 

Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən təşkil edilən ISO 9001:2015 beynəlxalq sertifikat proqramının ödənişi Mərkəz tərəfindən qarşılanır, iştirakçılar tərəfindən isə onlara təqdim ediləcək İngiltərədə akkreditasiya olunmuş təşkilat tərəfindən və Türkiyə universiteti tərəfindən beynəlxalq sertifikat rüsumu olaraq 130 AZN ödəniş icra olunur. 

Proqrama qoşulmaq istəyən şəxslərin nəzərinə:

Sertifikatın ödənişi təlimə qoşulan bütün iştirakçılar tərəfindən ödənilməlidir. 

 

Son müraciət tarixi: 31 Dekabr

Müraciət üçün: https://bit.ly/3zrYgan 

 

Əlaqə üçün:

Əlaqə nömrəsi : +994 70 255 63 14

Ünvan : Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 55, Yeni Həyat Plaza


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az