Cümə axşamı, 21 Avqust, 2025

“Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” mövzusunda düşərgə təşkil olunacaq


  • Dərc edildi: 23 Yanvar, 2023 - 16:30
“Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” mövzusunda düşərgə təşkil olunacaq

Dəyərli təbiət dostları!

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Təbiət Dostları • Nature Friends Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 29-30 Yanvar 2023-cü il tarixində Cənub bölgəsində “Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” mövzusunda düşərgə təşkil olunacaq. Düşərgəyə qatılmaq istəyən şəxslər e-ərizə formalarını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Layihə bir neçə mərhələdə keçiriləcəkdir. İlkin olaraq düşərgə formatında başlayan layihə, daha sonra “Tullantıların İdarə Edilməsi” mövzusunda müzakirələr (“Green Drinks” görüşlər) və ekskursiyalar (Təmiz Şəhər ASC) təşkil edilərək davam edəcəkdir.

Layihənin əsas ideyası tullantıların idarə edilməsi prosesinin əhəmiyyətinin gənclərə izah edilməsi və tullantıların iqlim dəyişikliklərinə təsiri mövzusunda məlumatlılığın artırılmasıdır.

Kimlər müraciət edə bilər?

QEYD: Layihənin hər bir mərhələsində iştirak edə bilən və ekoloji sahədə təhsil alan gənclərə üstünlük veriləcəkdir.

• “Ekologiya və ətraf mühitin mühafizəsi” ixtisasında təhsil alan tələbələr

• 18 - 35 yaş aralığında olan gənclər

• Tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi haqqında məlumat əldə etmək istəyənlər

* Müraciət üçün linkə keçid edin: >>> https://rb.gy/rmqfkh |

Son tarix 24 Yanvar 2023-ci il / 23:59

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 40
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7050
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1811
Azərbaycan Texnologi...