"İrəliləyİŞ" layihəsi çərçivəsində “Rabitabank” ASC-də “Mikro kredit işçi”si təcrübə proqramına start verildi!

"İrəliləyİŞ" layihəsi çərçivəsində “Rabitəbank” ASC, “Mikro kredit işçi” təcrübə proqramına start verir!

 Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!

Proqramda iştiraka dair tələblər:

o   Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);

o   Yüksək ünsiyyətqurma qabiliyyəti;

o   Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

o   Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;

o   Satış qabiliyyətinin olması;

o   İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı;

o   Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

İlkin seçim prosesindən uğurla keçən uyğun namizədlər İQ test mərhələsinə keçid etmiş olacaq. 

İQ test nəticəsi 60%-dən yuxarı olan namizədlər müsahibə mərhələsinə keçid almaq şansı qazanacaqlar!

Müsahibə zamanı namizədlər komissiya üzvləri tərəfindən 5 ballıq sistem üzrə qiymətləndiriləcək, ümümi balı 4 və daha yüksək olan namizədlər növbəti mərhələyə buraxılacaqdır.

Əgər səndə özünü uyğun namizədlər içərisində görürsənsə müraciət etməyə tələs! 

Müraciət FORUMU

Bu proqram Sizə nələr qazandıracaq?

o   Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;

o   Mikro kredit məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;

o   Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;

o   Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;

o   Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;

o   Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.

o   Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak;

o   Təcrübəni uğurla başa vurmuş təcrübəçilər aktiv vakansiyalar üzrə dəyərləndiriləcəklər. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az