Çərşənbə, 14 May, 2025

“Korporativ katib” vakansiyası


  • Dərc edildi: 5 Avqust, 2024 - 11:18
“Korporativ katib” vakansiyası

«Zəhmət-Ruzi» MMC “Korporativ katib” vakansiyasını elan edir.



Vəzifə öhdəlikləri:
-Cəmiyyətin Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarını təşkil edir, iclaslar üçün materialları toplayır və sistemləşdirir, iclaslara dair bildiriş, gündəlik, gündəlikdə qoyulmuş məsələlərə dair materialların iclas iştirakçılarına göndərilməsinə cavabdehlik daşıyır, bu iclaslarda şəxsən iştirak edir.
-İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsini təmin edir.
-İclaslarda müzakirə ediləcək məsələlərə dair müvafiq sənədləri və məlumatları aidiyyəti struktur vahidlərindən əldə edir, əldə edilmiş məlumatları ümumiləşdirir, sistemləşdirir, təhlil edir və iclas iştirakçılarına təqdim edir.
-Cəmiyyət daxilində iclasların çağırılması və keçirilməsini təşkil edir, iclasların gündəliyini tərtib edir, iclasdan öncə və sonra iştirakçıları məlumat və digər zəruri resurslarla təmin edir.
-İclaslarda verilən qərarların icra statuslarını aktual saxlayır və icra prosesi barədə rəhbərliyi dövrü məlumatlandırır.
-Müvafiq hesabatların hazırlanaraq adiyyəti şəxslər arasında kommunikasiyasını və koordinasiyasını təşkil edir.
-Korporativ sənədlər

in hazırlanması və redaktə edilməsini təmin edir, onların qeydiyyatını aparır və icrasına nəzarət edir.
-Cəmiyyətdə fəaliyyətin effektiv təmin edilməsi üçün zəruri olan siyasət və prosedurların hazırlanması və tərtibində iştirak edir.
-İclas qərarlarının və görülmüş tədbirlərin rəhbərliyə hesabatlılığını təmin edir.

Tələblər:
-Hüquq, beynəlxalq münasibətlər və oxşar sahələr üzrə ali təhsil;
-Korporativ katiblik və ya əlaqəli sahələrdə azı 3 il iş təcrübəsi;
-Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
-Rus və İngilis dillərində peşəkar danışıq və yazı qabiliyyəti;
-Yüksək kommunikasiya, təşkilatçılıq, təqdimat və yazılı ünsiyyət qurmaq bacarığı;
-Operativlik, diqqətlilik, məsuliyyətlilik kimi bacarıqlara sahib olmaq. 

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 38

Təminatlar:
-Nahar şirkət tərəfindən təmin edilir.
-Korporativ nömrə və danışıq limiti təmin edilir.
-Servis xidməti mövcuddur.
-Tibbi sığorta təminatı mövcuddur.

Müraciət üçün namizədlər mövzu hissədə "Korporativ katib” yazmaqla [email protected] elektron ünvanına CV-lərini göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 200
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 139
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 129
Doktorantura səviyyə...