Təsvir
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Bərdə filialı üçün
MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ KİÇİK İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
Rol haqqında:
Təşkilatda Ön Ofis xidmətlərinin və Baş Ofis Departamentləri/Şöbələri ilə filialın səmərəli əməkdaşlığın təminatçısı olan Müştəri Əlaqələri üzrə Kiçik İşçi (Yönlədirici işçi ilə əlaqələndirilmiş və koordinasiyalı şəkildə), təşkilatın təqdim etdiyi kreditlərin verilməsi prosesinə qüsursuz dəstək göstərir. Bu dəstək çərçivəsində Müştəri Əlaqələri üzrə Kiçik İşçi həmçinin, Baş Ofis Departamentləri/Şöbələri ilə filialın koordinasiyalı işinin nəticəsində yüksək keyfiyyətli müştəri xidmətlərini göstərməklə tamamlanması, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq və ona, inzibati və sturuktur istiqamətli aidiyyatı olan işlərin keyfiyyətlə/zamanında icrası üzrə cavabdehdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
- Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
- Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
- Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
- Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
- Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
- Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;
Tələblər
Namizəddən gözləntilərimiz:
- Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili; Maliyyə/İqtisadiyyat və ya oxşar sahələr üzrə ixtisaslı namizədlərə üstünlük verilir;
- Müştəri Xidmətləri və Arxa Ofis üzrə müəyyən iş təcrübəsinin olması;
- MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmaq;
- İşgüzar, özünüinkişafa meyilli və aktiv olmaq;
- Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
- Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
- Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;
Sosial imtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən )Həyat Yığım sığortasından istifadə etmək imkanıƏmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqıPeşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalarPeşəkar beynəlxalq iş mühiti
01/09/23
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur