Cümə axşamı, 21 Avqust, 2025

ADA Universiteti 11-ci sinifdə təhsil alan şagirdləri "Biznes etiketi və kommunikasiya" təliminə dəvət edir


  • Dərc edildi: 18 Yanvar, 2024 - 12:43
ADA Universiteti 11-ci sinifdə təhsil alan şagirdləri "Biznes etiketi və kommunikasiya" təliminə dəvət edir

ADA Universiteti 11-ci sinifdə təhsil alan şagirdləri 26 və 29 yanvar tarixlərində keçiriləcək 2 günlük "Biznes etiketi və kommunikasiya" təliminə dəvət edir. Təlim ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini, həmçinin Prorektorun müşaviri Aygün Hacıyeva tərəfindən keçiriləcəkdir. 

Bu təlimdə şagirdlər Biznes və kommunikasiya mövzularında maraqlı biliklər əldə edəcək, etiket qaydaları, doğru ünsiyyətin qurulması, bədən dilindən düzgün istifadə, şəbəkələşmə və təqdimat kimi bacarıqlara yiyələnəcəklər. 

Təlim 26 yanvar Azərbaycan dilində, 29 yanvar isə ingilis dilində keçiriləcəkdir. 1 şagird yalnız 1 təlimdə iştirak edə bilər. Son müraciət 25 yanvardır. Yerlər məhduddur, odur ki, qeydiyyatdan keçməyə tələsin və bu maraqlı təlimi qaçırmayın. 

Tarix: 26 və 29 yanvar

Vaxt: 16:00-18:00

Auditoriya: 11-ci sinif şagirdləri
Təlim dili: Azərbaycan dili və ingilis dili

Məkan: ADA Universiteti

Təlim ödənişsizdir. 

Təlim Azərbaycan dili və ingilis dilində olmaqla fərqli tarixlərdə keçiriləcək:
ada.edu.az/telim 

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 23
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...