"Bir Könüllü" Tələbə Təşkilatı "StudentFest 2023" yay düşərgəsini təqdim edir!

"Bir Könüllü" Tələbə Təşkilatı "StudentFest 2023" yay düşərgəsini təqdim edir! 

“Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında keçiriləcək 4 fərqli istiqamət üzrə hər biri 4 günü əhatə edən düşərgələr tələbələrin yay tətilini daha dəyərli və məna dolu etmək, eyni zamanda gələcək karyera yollarını aydınlaşdırmaq, ixtisas sahələri üzrə əlavə zəruri bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaq məqsədi daşıyır.

Düşərgə istiqamətləri:

1. (25-28 İyul) Könüllülər düşərgəsi - Təhsilverənlərin sertifikatlaşdırılması və Müəllimlərin İşə Qəbulu müsabiqəsində dəstək göstərmiş tələbələr üçün;

2. (28-31 İyul) Təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr düşərgəsi;

3. (25-28 Avqust) Dövlət və ictimai münasibətlər, jurnalistika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr düşərgəsi;

4. (25-28 Avqust) Filmşünaslıq, rejissorluq, fotoqraflıq, rəssamlıq və incəsənətlə əlaqəli ixtisaslarda təhsil alan tələbələr düşərgəsi.

Qeyd edək ki, festival çərçivəsində iştirakçılar üçün müxtəlif idman oyunları, master-klaslar, psixoloji testlər, parkur yarışları və Xəzər dənizinin sahilində musiqi gecələri təşkil ediləcəkdir. Sağlamlıq imkanları məhdud olan tələbələrimizin də iştirakı arzuolunandır.

Qeydiyyat linki: https://forms.gle/zJqLwntJ2Kcif91V9

 Son müraciət tarixi: 20.07.2023

"StudentFest 2023" sizi səmərəli və əyləncəli bir istirahətə, yeniliklər öyrənməyə, yeni dostluqlar qurmağa dəvət edir!



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az