Çərşənbə, 4 İyun, 2025

““Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin açılış mərasimi olub


  • Dərc edildi: 1 Noyabr, 2023 - 10:34
““Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin açılış mərasimi olub

Kürdəmirdə ““Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin açılış mərasimi olub

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin idarəetmə komandası, müəllimlər iştirak edib.

Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “Məktəb evimdir!” proqramı çərçivəsində icma üzvlərini – valideynləri təlimatlandırmaqla icma-məktəb münasibətlərinin inkişaf etdirilməsi üçün 10

təşəbbüsün həyata keçirilməsidir. Layihənin məqsədinə çatmaq üçün məktəb kollektivi layihənin əhəmiyyəti, gələcək faydası və davamlılığı ilə bağlı məlumatlandırılacaq, icmanın əsas üzvləri olan məktəbin ibtidai sinif valideynləri üçün məktəb arasında əməkdaşlıq və onun formaları ilə bağlı təlim təşkil ediləcək, layihəyə cəlb olunacaq valideynlərin seçimi ilə bağlı kriteriyalar müəyyənləşdiriləcəkdir. Eyni zamanda icma tərəfindən icma - məktəb əməkdaşlıqları ilə bağlı ideyaların və təşəbbüslərin təşkil edilməsinə şərait yaradılacaqdır, “Məktəb evimdir!” təlim proqramının modullarını hazırlanacaq və müvafiq ekspertlər cəlb ediləcəkdir. Sonra icma üzrə seçilmiş valideynlər və onların övladlarının da iştirak edə biləcəyi “Məktəb evimdir!” təlim proqramını təşkil olunacaq.

 

Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 205
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 51
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...