“SMM mütəxəssis” vakansiyası

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi “SMM mütəxəssis” vakansiyasını elan edir

İş rejimi: Həftə içi 5 gün, saat 9:00-dan 18:00-dək.

Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.

Vəzifə öhdəlikləri:

• Layihə ilə bağlı analizlərin aparılması, tələbatın və trendlərin müəyyənləşdirilməsi;

• Sosial şəbəkələr üçün gündəlik paylaşım materiallarının seçilməsi, hazırlanması və paylaşılması;

• Layihəyə uyğun olaraq məzmun planın hazırlanması;

• SMM postları üçün qrafik və hərəkətli dizaynların hazırlanması;

• Səhifələrin (köməkçi səhifələr) strategiyasının hazırlanmasında iştirak və təkliflərin verilməsi;

• Layihənin hədəf auditoriyasını təyin edərək paylaşımların effektivliyinə nəzarət edilməsi;

• Səhifələrdə sualların cavablandırılması, layihə haqqında məlumatların verilməsi;

• Aylıq hesabatın hazırlanması.

Namizədə dair tələblər:

• Ali təhsil;

• Sosial Media Marketinq (SMM) üzrə iş təcrübəsi;

• Sosial mediada planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik;

• Azərbaycan dilini orfoqrafik və qrammatik səviyyədə yaxşı bilmək;

• Dizayn proqramları (Adobe Photoshop, Corel Draw və s.) üzrə biliklərin olması;

• Sosial şəbəkələrdə effektiv auditoriya əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;

• Kreativ qrafik dizayn etmək qabiliyyətinin olması;

• Fərdi keyfiyyətlər: diqqətlilik, müstəqil qərar vermə bacarığı və ünsiyyət qurma qabiliyyəti;

• İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq, yaradıcı düşünmə;

• Komandada və sərbəst işləmə bacarığının olması.

• Ehtiyac olduğu halda ezamiyyətə gedə bilməli. (ölkə daxili)

Biz vəd edirik:

• Rəqabətə davamlı əmək haqqı;

• Layihə idarəetmə təcrübəsi;

• Peşəkar, pozitiv və mehriban komanda ilə işləmək;

• Karyerada inkişaf imkanları.

Uyğun namizədlərdən CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsində “SMM mütəxəssis" sözlərini qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az