Şənbə, 17 May, 2025

ADM ISO 9001:2015 Beynəlxalq Sertifikat Proqramını ödənişsiz təklif edir


  • Dərc edildi: 6 May, 2023 - 10:25
ADM ISO 9001:2015 Beynəlxalq Sertifikat Proqramını ödənişsiz təklif edir

ADM ISO 9001:2015 Beynəlxalq Sertifikat Proqramını ödənişsiz təklif edir. 

Azərbaycan Diplomatiya Mərkəzi ilə GETCO platforması tərəfindən təşkil edilən ISO 9001:2015 Keyfiyyətin İdarə Edilməsi təliminə sənəd qəbulu başladı.

Təlim kimlərə faydalı ola bilər?

  • Bütün sahələr üzrə Rəhbər şəxslər;
  • Bütün sferalarda çalışan işçilər;
  • Menecerlər;
  • A-dan Z-ə kimi bütün şirkət və ya təşkilat nümayəndələri (dövlət, özəl, QHT və s.)
  • İdarəedici vəzifədə işləyən və ya işləmək arzusunda olan şəxslər;
  • Karyera inkişafı arzulayan şəxslər.

 

Təlim Modulları: 

  • Keyfiyyət idarəetmə sistemi və onun prosesləri.
  • İdarəetmədə liderlik və öhdəlik.
  • Keyfiyyət üzrə siyasətin işlənilməsi.
  • Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər.
  • Keyfiyyət idarəetmə sistemində daxili və xarici əlaqələrin qurulması.
  • Layihələrin idarə olunması.
  • Keyfiyyət idarə etmə sisteminin məqsədlərinə nail olunması üçün zəruri olan Resurslar.
  • Risk və imkanların müəyyən edilməsi.
  • Məhsul və xidmətlərin layihələndirilməsi.
  • Keyfiyyət idarəetmə sistemində dəyişikliklərin idarə olunması.
  • Keyfiyyət idarəetmə sistemində auditin aparılması qaydası.
  • Keyfiyyət idarəetmə sistemində Performansın ölçülməsi.
  • Davamlı yaxşılaşdırma sistemin qurulması.

 

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Dərslər qrup halında keçirilir. 

Dərslər ənənəvi və ya online formada keçirilir.

Müddət: 4 həftə (3 həftə nəzəri, 1 həftə prakitiki hissə), həftədə 2 dəfə olmaqla 

Qeyd: Azərbaycan Diplomatiya Mərkəzi ilə GETCO platforması tərəfindən təşkil edilən ISO 9001:2015 Keyfiyyətin İdarə Edilməsi beynəlxalq təliminin ödənişi Mərkəz tərəfindən, İngiltərədə akkreditasiya olunmuş beynəlxalq təşkilat tərəfindən təqdim edilən sertifikatn ödənişi isə iştirakçılar tərəfindən ödəniləcəkdir. Təlim alan tərəfindən 100 AZN ödəniş icra olunur.

Xüsusi qeyd: Şirkət və müəssisələrə aid korporativ təlimlər təşkil edilir.

Proqrama qoşulmaq istəyən şəxslərin nəzərinə:

Sertifikatın ödənişi təlimə qoşulan bütün iştirakçılar tərəfindən ödənilməlidir. 

Son müraciət tarixi: 31 May

Müraciət üçün: https://bit.ly/3XAMofY 

 

Xüsusi qeyd2: ISO 45001 Əməyin mühafizəsi və təhlükəsizliyinin idarə edilməsi və ISO 10002 Müştəri məmnuniyyətinin idarə olunması standartları təlimləri ilə maraqlanan şəxslər ayrıca olaraq bu təlimlərə müraciət edə bilərlər.

 

Əlaqə üçün:

Əlaqə nömrəsi : +994 70 255 63 14

Ünvan : Bakı şəhəri, Səbail rayonu, Netçilər Prospekti 22 (Qız Qalasının yanı)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir!
15 May, 2025 - 16:38 518
Yay Riyaziyyat Düşər...
Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU
14 May, 2025 - 20:35 165
Müəllimlərin fənlər ...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 290
Azərbaycan Respublik...