Bazar ertəsi, 7 İyul, 2025

NAYORA tərəfindən “Gənc Elçilər Proqramı”na start verilir


  • Dərc edildi: 22 Oktyabr, 2022 - 13:21
NAYORA tərəfindən “Gənc Elçilər Proqramı”na start verilir

Sən də 15 gənc elçidən biri olmaq istəyirsən? 🤩

O halda bu fürsət sənin üçündür!

NAYORA tərəfindən “Gənc Elçilər Proqramı”na start verilir.

Proqramın əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsidir.

Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək proqramda iştirak haqqı qazanan 15 gənc ilkin olaraq ölkə ilə bağlı siyasi, iqtisadi və mədəni sahədə, həmçinin beynəlxalq etiket və protokol qaydaları mövzularında maariflənəcəklər.

Proqram çərçivəsində:

1. Beynəlxalq əlaqələr və diplomatiya mövzusunda 3 təlim;

2. Azərbaycan tarixi və mədəniyyəti mövzusunda 2 təlim;

3. Şəxsi inkişaf mövzusunda 1 təlim;

4. Gənclərlə iş mövzusunda 2 təlim;

5. zamanın düzgün idarəedilməsi mövzusunda 1 təlim;

6. Ünsiyyət və bədən dili mövzusunda 2 təlim;

7. Layihələrin yazılması və idarə edilməsi istiqamətləri üzrə 2 təlim keçiriləcək.

Həmçinin 5 görüş və 2 konfrans baş tutacaq.

Özünə güvənən və layihədə iştirak etmək istəyən şəxsləri qeydiyyatdan keçməyə dəvət edirik!

Qeydiyyat linki: https://forms.gle/6nvVfBiX5xV6L6k69

Qeyd: Proqramda iştirak etmək üçün İngilis dili biliyi şərtdir.

⌛ Son müraciət tarixi: 28 oktyabr, saat 15:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 211
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 90
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 276
Məktəbəhazırlıq qrup...