Şənbə, 5 İyul, 2025

“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü xalq artisti Tofiq Bakıxanovla keçiriləcək


  • Dərc edildi: 7 İyul, 2023 - 14:02
“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü xalq artisti Tofiq Bakıxanovla keçiriləcək

“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü xalq artisti Tofiq Bakıxanovla keçiriləcək

 

İyulun 12-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovla həyata keçiriləcək.

Qara Qarayevin Ev Muzeyində baş tutacaq görüşdə dahi musiqiçi Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək. Tədbir müddətində həmçinin “Bəstəkarlıq sənətinin inkişafı Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti kodeksində”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev fenomeni” və “Azərbaycan bəstəkarlıq sənətinin qorunması, ötürülməsi, tədqiqi və  təbliğində gənc nəslin rolu” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc, istedadlı musiqiçilərin təqdimatında Azərbaycan bəstəkarlarının məşhur əsərləri səsləndiriləcək.

Qeyd edək ki, həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://rb.gy/5nath 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 193
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 83
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 270
Məktəbəhazırlıq qrup...