Öyrənmə və İnkişaf (Learning and Development) üzrə Təcrübə Proqramı

Öyrənmə və İnkişaf (Learning and Development) üzrə maraqlı, əyləncəli, faydalı Təcrübə Proqramı Sizi gözləyir!

Karyerana Universal Şirkətlər Qrupu ilə təkan ver! Bu proqram Sizin üçün nəzərdə tutulub!

Gənclər ali təhsillərini bitirdikdən sonra Karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

UNIVERSAL Şirkətlər Qrupu Qafqaz regionunda aparıcı layihə əsaslı həll təminatçılarından biridir. 1998-ci ildən biz regionun tikinti və neft-qaz sahəsində etibarlı təchizatçılarıyıq. Biz hər cür layihələri təmin etmək və həyata keçirmək üçün uzunmüddətli tərəfdaşlıq qururuq və müxtəlif sahələrdə daim inkişaf edərək zamanla ayaqlaşmağa çalışırıq. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO MMC, Leading Supply Solutions MMC, AZLIFT PRO MMC, A-Z GLOBAL MMC. Bu şirkətlərin hər biri Azərbaycan bazarında Korporativ və Topdansatış kateqoriyalarının əsas oyunçularından biridir və Türkiyə, Gürcüstan, BƏƏ və Özbəkistanda ofisləri var. Bununla yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Universal Şirkətlər Qrupu, gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq universitetin bakalavr dərəcəsini son 2 ildə bitirən məzunlar üçün 3 aylıq ödənişli Təcrübə Proqramı təşkil edir.
 
Təcrübə proqramı məzunlara təhsil zamanı öyrəndiklərini işgüzar həyatda tətbiq etmə şansı yaradır, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış edir, bu günün rəqabətli iş dünyasında uğur qazanmaq üçün lazım olan dəyərli bilik və bacarıqları əldə etmək üçün şərait yaradır və şirkət peşəkarları tərəfindən təlimatlanmaq imkanı verir.

CV-lərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az