Cümə axşamı, 21 Avqust, 2025

Elm və və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulunu elan edir


  • Dərc edildi: 6 Sentyabr, 2023 - 17:28
Elm və və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulunu elan edir

Elm və və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulunu elan edir.

Region:

- Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Bakı şəhəri;

- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi - Gəncə şəhəri;

- Lənkəran-Astara Regional Təhsil İdarəsi - Lənkəran şəhəri, Masallı və Cəlilabad rayonları;

Tələblər:

- Ali təhsil;

- Təhsildə sosial-psixoloji xidmət, sosial iş ixtisaslarını, həmçinin pedaqoji profilli ixtisasları bitirmiş şəxslər;

- 21-30 yaş aralığı;

- Rəngli şəkliniz olan CV;

- Azərbaycan dilində səlis danışmaq;

- Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

Bakı şəhəri üçün vakansiyalara yalnız kişi namizədlər işə qəbul olunacaq.

Digər şəhərlər üzrə elan olunmuş vakansiyalara kişi və qadın namizədlər müraciət edə bilərlər.

Kişi namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər.

Öhdəliklər:

- Məktəb heyəti və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq;

- Fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək;

- Şagirdlərin özünüinkişaf və intellektual bacarığının formalaşdırılmasında iştirak etmək.

Tələblərə uyğun namizədlər test imtahanı mərhələsində iştirak edirlər. İmtahanda məntiq və ümumi dünyagörüşünə aid bilikləri yoxlamaq məqsədilə suallar təqdim olunur. Bu mərhələdə uğur qazanan namizədlər müsahibəyə dəvət edilir və müsahibədən keçən namizədlər təlimlərə cəlb olunurlar.

İşə müraciət üçün aşağıdakı linkə daxil olaraq anketi doldurmaq lazımdır.

Müraciət et

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi 11.09.2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...