
Uğurlu karyera düzgün təməldən başlayır.
ARDNF-də Yay Təcrübə Proqramı elan olunur!
Təcrübə proqramına bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan, 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar müraciət edə bilərlər.
Proqramın üstünlükləri:
• Dünya miqyasında tanınan suveren fondların birində təcrübə keçmək imkanı;
• Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə peşəkar praktiki bacarıqların formalaşdırılması;
• Yeni bilik və bacarıqların əldə olunması, həmçinin karyera yüksəlişi üçün zəmin yaradan çağırışlarla qarşılaşmaq fürsəti.
Proqramın müddəti: iyun-iyul, 2025 (ödənişsizdir).
Müraciət üçün son tarix: 4 may 2025
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.
Bu baxımdan, əsas hədəfimiz istedadları cəlb etmək, onların inkişafına dəstək vermək və qarşılıqlı etimada əsaslanan birgə əməkdaşlıq mühitində fəaliyyət göstərən korporativ mədəniyyət yaratmaqdır.
Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil edilən karyera sərgiləri və digər platformalarda fəal iştirak edir, eləcə də məzunlar üçün müxtəlif təcrübə proqramları həyata keçirir.
Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq,Fondda 2025-ci üzrə Yay Təcrübə Proqramınıntəşkili nəzərdə tutulmuşdur.
Təcrübə proqramının üstünlükləri
- Dünya miqyasında tanınan suveren fondların birində təcrübə keçmək imkanı;
- Maliyyə bazarları və investisiya idarəçiliyi sahəsində nəzəri biliklərin artırılması və analitik düşüncə bacarıqlarının inkişafı;
- Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə peşəkar praktiki bacarıqların formalaşdırılması;
- Yeni bilik və bacarıqların əldə olunması, həmçinin karyera yüksəlişi üçün zəmin yaradan çağırışlarla qarşılaşmaq imkanı.
Yay Təcrübə Proqramı
Real iş təcrübəsi qazanmaq üçün ARDNF komandasına qoşulmağa hazırsınızmı?
Yüksək ixtisaslı peşəkarlardan ibarət dinamik komandamız sizlərə maliyyə sahəsində ən zıruri yenilik və bacarıqları qazanmaq imkanı yaradır. Siz gündəlik real iş proseslərində iştirak edərək həm peşəkar, həm də şəxsi bacarıqlarınızı inkişaf etdirmək, eləcə də, praktiki təcrübə əldə etmək imkanı qazanacaqsınız.
Tələblər:
Aşağıda göstərilən sahələr üzrə bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan tələbələr, eləcə də 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar təcrübə proqramına müraciət edə bilərlər.
- Azərbaycan və ingilis dillərini mükəmməl bilmək (digər dilləri bilmək üstünlük sayılır);
- MS Office proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (əlavə proqramlarda bacarıqlar üstünlükdür).
Təcrübə proqramının təşkil olunacağı departamentlər
Struktur Bölmə Təhsil İnvestisiya departamenti Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat Risklərin idarə edilməsi departamenti Maliyyə, İqtisadiyyat və ya Riyaziyyat Enerji layihələri departamenti Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat İnvestisiyalarda əməliyyatlar departamenti/ Mühasibat uçotu departamenti Mühasibatlıq, Audit və ya Maliyyə Hesablaşmalar departamenti Maliyyə, Bank işi və ya Mühasibatlıq İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar departamenti Kompüter elmləri, Kompüter mühəndisliyi və ya Tətbiqi riyaziyyat İnsan resursları departamenti İnsan resursları, İqtisadiyyat və ya İctimai idarəetmə Satınalmaların idarəedilməsi departamenti Biznesin idarə edilməsi, Satınalmaların idarəedilməsi, Maliyyə və ya İqtisadiyyat Hüquq şöbəsi/ İnvestisiyalarda əməliyyatlar departamenti Hüquq
Proqramın müddəti: 2025-ci ilin iyun-iyul aylarını əhatə edir (ödənişsizdir)
Müraciət üçün son tarix: 4 may 2025
Seçim Mərhələləri
Tələblərə uyğun gələn namizədlər aşağıdakı seçim mərhələlərində iştirak üçün dəvət olunacaqlar:
- Test imtahanı (12-21may): Test mərhələsində fiziki iştirak tələb olunur
- Qrup müzakirəsi və/və ya fərdi müsahibə (22 – 30 may): Test mərhələsini uğurla keçmiş namizədlər bu mərhələyə dəvət olunacaqlar.
Seçim mərhələləri ilə bağlı ətraflı məlumat tələblərə uyğun gələn namizədlərə fərdi qaydada təqdim ediləcəkdir.
Sizi Yay Təcrübə Proqramında görməkdən məmnunluq duyarıq!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur