“İnsan Resursları üzrə menecer” vakansiyası

“West Product Marketing” MMC şirkəti “İnsan Resursları üzrə menecer” vakansiyası elan edir.


 

“WEST PRODUCT MARKETİNG” MMC kərə yağı bazarında əsas distribüter şirkətlərindən biri kimi 2003-cü ildən etibarən qida sektorunda fəaliyyət göstərir. Şirkətin fəaliyyətində Westgold, Golden Crown, Gerda, French Cow kərə yağı markaları ilə yanaşı, bitki yağları, pendir, süd, qatılaşdırılmış süd, makaron, düyü, zeytun, ketçup və s. kimi məhsul markaları, "Odel" şirniyyat fabriki və "Kingsmart" supermarket şəbəkəsi yer alır.


 

Namizəddən Tələblər:

-İşçi heyətinin planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;

-Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;

-Ali təhsil;

-Müvafiq vəzifədə minimum 5 il iş təcrübəsi olmalıdır;

-MS Office (Word, Excell) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;

-Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;

-Məsuliyyətli və diqqətli olmalıdır;

-Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;

-Azərbaycan dili, Rus dili və İngilis dili üstünlükdür.


 

Vəzifə öhdəlikləri:

-İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;

-Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;

-İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;

-İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.


 

Maaş : Başlanğıc əmək haqqı 2200 AZN

İş vaxtı: 09:00–dan 18:00 dək;

İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən şəxslər CV -lərini [email protected] ünvanına göndərə bilərlər. CV yalnız Azərbaycan dilində qəbul edilir.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az