Cümə axşamı, 21 Avqust, 2025

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir


  • Dərc edildi: 29 Avqust, 2022 - 17:55
AMEA və TÜBİTAK birgə müsabiqə elan edir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir (Call for proposals). Müsabiqə üçün ərizə forması (Application form).

Müsabiqə 25 avqust 2022-ci il tarixindən 25 noyabr 2022-ci il tarixinə qədər açıqdır. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Azərbaycan tərəfindən layihə rəhbəri layihə təkliflərini 25 noyabr 2022-ci il tarixinə qədər [email protected] email ünvanına göndərməli, 2 dekabr 2022-ci il tarixinə qədər imzalanmış sənədləri AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (İstiqlaliyyət küç. 30, AZ1001, Bakı) təqdim etməlidir.

Əlavə məlumat üçün http://bei.science.gov.az/en/content/8 və ya (99412) 4923446 müraciət edilə bilər

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...