PAŞA Malls SƏTƏMM üzrə koordinator vəzifəsinə namizədlər axtarır

Vəzifə:
 

PAŞA Malls SƏTƏMM üzrə koordinator vəzifəsinə namizədlər axtarır.

 

İşin xülasəsi:
 

SƏTƏM üzrə koordinator PAŞA Mall‐a sağlamlıq təhlükəsizliyi və ekoloji dəstək üçün cavabdehdir. Onlar hər hansı SƏTƏMM məsələləri ilə bağlı kirayəçilər və şirkət arasında əlaqəyə nəzarət edir və bu problemlərin həlli yollarını hazırlayır. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV‐lərini 4 dekabr 2023‐cü il saat 18.00‐dək [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Əmək funksiyalarının təsviri:
 

  • Şirkətin sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi  ilə bağlı siyasətinin və tələblərinin müəyyən edildiyi kimi yerinə  yetirilməsini və təkmilləşdirilməsini təmin etmək; 
  • Bütün SƏTƏMM uyğunluq tələblərinin şirkət üçün effektiv  olmasına əmin olmaq və onların biznesin bütün fəaliyyəti boyu  təmin olunmasına cavabdeh olmaq; 
  • Təhlükələri və onun təsirlərini müəyyən etmək, müvafiq risk  qiymətləndirmələrini aparmaq;
  • SƏTƏMM görüşlərini iştirak etmək, ətraf mühitə uyğunluq  məsələləri və digər əlaqəli məsələlər haqqında hesabatlar  vermək; 
  • SƏTƏMM-lə bağlı qanuni və müqavilə üzrə tələblərinə uyğunlaşma  və onlara əməl etməklə bağlı rəhbərliyə məsləhətlər vermək; 
  • Azərbaycan Respublikasının SƏTƏMM qaydalarına uyğun olaraq  vəzifə və funksiyaları yerinə yetirmək;
  • Mövcud iş fəaliyyətlərinin təhlükəsizlik qaydalarına uyğun  olmasını təmin etmək;
  • Baş vermiş qəza və insidentlər barədə məlumat vermək və  araşdırmaların aparılmasını təmin etmək;
  • İş yerlərinin mütəmadi olaraq yoxlanılması, təhlükəsizlik  tələblərinə uyğun olaraq uyğunsuzluqların aradan qaldırılması ilə  bağlı tövsiyələrin verilməsi; 
  • Lazımi təhlükəsizlik induksiyalarının aparılması;
  • İşçilərin, təchizatçıların və tərəfdaşların SƏTƏM qaydaları və  prosedurları haqqında məlumatlanadırılması;
  • Yaranan tullantıların təhlükəsiz şəkildə ayrılmasına və  daşınmasına nəzarət;
  • Kollektiv və fərdi xilasetmə vasitələrinin, yanğından mühafizə  sistemlərinin və yanğınsöndürənlərin saz və işlək vəziyyətdə  olmasına nəzarət və onların vaxtaşırı yoxlanılmasına nəzarət  etmək

 

Əsas meyarlar:
 

  • Əməyin mühafizəsi və təhlükəsizliyi, ətraf mühit və ya digər  müvafiq sahədə bakalavr dərəcəsinə sahib olan naməzdələrə  üstünlük verilir;
  • Mall və ya ticarət mərkəzlərində minimum 2‐3 illik iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini yaxşı bilmək;
  • MS Office (Word, Excel (yüksək səviyyə) və Power Point)  proqramlarında işləmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Sağlamlıq və Təhlükəsizlik Koordinatoru kimi işləmək üçün bütün qanuni təhsilə və sertifikata malik olmaq.

 

Şirkət haqqında:

 

PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 7 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.

Qrupun portfelinə daxildir:

Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;

Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;

Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;

Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;

Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;

Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az