Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
- İnstitutun fəaliyyətini tənzimləyən müxtəlif növ qərarlar, əmr və sərəncamlar, əsasnamə, prosedur, qayda və təlimatlar hazırlamaq və ya onlara hüquqi rəy vermək;
- İnstitutu dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında, məhkəmələrdə təmsil etmək, onlardan daxil olan sorğuları cavablandırmaq və müvafiq sənəd və arayışlar hazırlamaq;
- Müxtəlif növ müqavilələr hazırlamaq, müqavilə layihələrinə hüquqi rəy və təkliflər vermək;
- İnstitutun təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Daxili struktur bölmələrdən gələn hüquqi sorğuların cavablandırlıması, zəruri hallarda struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi və s.
- Rəhbərliyin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək
Tələblər:
- Ali hüquq təhsili;
- Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, miqrasiya, təhsil və inzibati prosessual qanunvericilik biliyi;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və stresə davamlı;
- Səliqəli, punktual, kollektivdə işləmə bacarığı;
- “MS Office” proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis və rus dili biliyi olanlara üstünlük verilir.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.
İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 30 sentyabr tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Baş hüquqşünas” başlığı altında göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur