Bazar ertəsi, 1 Sentyabr, 2025

Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramı


  • Dərc edildi: 28 Fevral, 2023 - 18:11
Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramı

"AFB Bank" ASC –də Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramını nəzərinizə çatdırmaq istəyirəm!

Təcrübə proqramına kimlər müraciət edə bilər:

·        Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
·        Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Kompüter Elmləri, Proseslərin avtomatlaşdırılması istiqamətləri üzrə ali təhsil arzu olunandır);
·        Azərbaycan dilində sərbəst danışıq bacarığı, Yüksək səviyyədə ingilis dili bilikləri arzu olunandır;
·        MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
·        Analitik düşünmə, ünsiyyət və komandada işləmək bacarığı.

Təcrübəçinin içtirak edəcəyi proseslər:
·        Rəqəmsal Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi
·        Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
·        Yerli və Beynəlxalq bazarda Banklar və Fintexlər tərəfindən təklif edilən rəqəmsal xidmətlərin araşdırılması;
·        Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
·        Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
·        İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
·        Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;

Qeyd edək ki, Təcrübə proqramının sonunda müsbət nəticə göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.

Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə, CV-lərinizin mövzu sətrində müraciət etmək istədiyiniz sahə üzrə “Rəqəmsal Bankçılıq üzrə Təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 980
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7881
Sumqayıt Dövlət Univ...