reklam

Azərbaycan Texniki Universitetinin (AzTU) Qiymətləndirmə və İnkişaf sektoruna rəhbər vəzifəsinə vakansiya elan edilir

Azərbaycan Texniki Universitetinin (AzTU) Qiymətləndirmə və İnkişaf sektoruna rəhbər vəzifəsinə vakansiya elan edilir.

 

Tələblər:

 

· Ali təhsil (insan resursları, idarəetmə və ya müvafiq sahədə);

· Qiymətləndirmə və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (qiymətləndirmə və inkişaf istiqamətində rəhbərlik təcrübəsi üstünlükdür);

· Qiymətləndirmə və inkişaf sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiqetmə bacarığı;

· Təqdimat hazırlamaq və məlumatı qrafik şəkildə təsvir etmək bacarığı;

· Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

· Yaxşı səviyyədə ingilis dili biliyi;

· İdarəetmə və liderlik qabiliyyəti;

· Yüksək kommunikasiya, təşkilatçılıq və təqdimetmə bacarığı;

· Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.

 

Vəzifə öhdəlikləri:

 

· Qiymətləndirmə və inkişaf  sektorunun fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;

· Qurum əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;

· Təlim, qiymətləndirmə və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;

· Universitetdaxili və xarici təlimlərin təşkil edilməsi;

· Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin təşkil edilməsi;

· Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin, tədbirlərin planlaşdırılması və təşkili;

· Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;

· Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərinin yerinə yetirilməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;

· Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;

· Əsas fəaliyyət göstəricilərini, Ali təhsil müəssisəsinin dəyər və strateji hədəflərini nəzərə almaqla, performans qiymətləndirmə sisteminin tətbiqi;

· Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;

· İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

 Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 21.01.2025-ci il


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az