Bazar ertəsi, 1 Sentyabr, 2025

İşə qəbul üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 30 May, 2023 - 09:28
İşə qəbul üzrə mütəxəssis vakansiyası

Komandamıza İşə qəbul üzrə mütəxəssis axtarışındayıq.

Vəzifə funksiyaları:
• İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
• Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
• Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
• Uğurlu namizədlərlə bağlı referansların alınması;
• Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
• İşə qəbul hesabatlarının hazırlanması;
• İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
• Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
• Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;

Məsuliyyətləri:
• İşçi ehtiyaclarının struktura və təsdiqlənmiş ştat cədvəlinə uyğun olub olmadığını yoxlamaq;
• Namizədləri düzgün və şirkət proseduruna uyğun məlumatlandırmaq;
• Şirkətin işçi ehtiyacını vaxtında təmin etmək;

Namizəddən tələblər:
• Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
• Yaş: 23-35;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
• İşə qəbul müsahibələrinin aparılması bacarığı;
• Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
• Kollektiv və işçi heyəti ilə işləmə bacarığı;

 İş şərtlərimiz:
 
·          Əmək haqqı: 800 AZN;
·          İş qrafiki : Tam iş günü (5 gün);
·          İş saatları: 08:30-17:30.   
 
 
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq [email protected]   ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 979
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7880
Sumqayıt Dövlət Univ...