Tələbə olaraq həm təcrübə qazanmaq, həm də cəmiyyətə töhvə vermək istəyirsən?

Tələbə olaraq həm təcrübə qazanmaq, həm də cəmiyyətə töhvə vermək istəyirsən?

 

 

Tələbə olaraq həm təcrübə qazanmaq, həm də cəmiyyətə töhvə vermək istəyirsən?

O zaman Sosial İnnovasiya Akademiyası olaraq biz səni axtarırıq. 

 

Sosial İnnovasiya Akademiyası nədir? 

 

Sosial İnnovasiya Akademiyası (SİA) - universitet gənclərinin  sosial sahibkarlıq-biznes, sosial innovasiya və startuplar barədə məlumatlılığı artıran, gənclərin bu sahələrə qarşı maraq səviyyəsini qaldıran və həmçinin onları bu sahələr üzrə biznes və karyera qurmağa təşviq edən hər bir universitetə aid, həmin universitet tələbələri tərəfindən idarə olunan və mütəmadi kontent paylaşan sosial media bloglarıdır. 

 

 

Hədəf kütlə:

  • Universitet tələbə və gəncləri 

 

Hədəf universitetlər (ilkin olaraq): 

  • Azərbaycan Dövlət İqtisad Universiteti 
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • Bakı Dövlət Universiteti 

 

Hər bir universitet üzrə SİA komandasının tərkibi:

  • Koordinator - 1 nəfər 
  • Sosial media meneceri - 2 nəfər 
  • Qrafik dizayner - 1 nəfər 
  • Araşdırmaçı - Kontent menecer - 2 nəfər 

 

Hər universitet üzrə  SİA-nın faəliyyət göstərəcəyi sosial media platformaları

  • İnstagram 
  • Facebook
  • Linkedin 

 

Hər universitetə aid SİA komandaların idarə olunması  rəhbər komanda tərəfindən aparılacaq.

 

Kimləri axtarırıq:

  • Təşəbbüskar, ideyalarla zəngin olan
  • Sosial və ətraf mühitlə bağlı mövzulara maraqlı olan 
  • Sosial sahibkarlıq, sosial innovasiyalar, startaplar üzrə məlumatlı olan 
  • Təşkilatçılıq, idarəetmə bacarıqları yüksək olan
  • Kontent, araşdırma bacarıqlarına sahib 
  • Dizayn və sosial mediaların idarə olunması üzrə bacarığı olan 
  • Yaradıcı 

Tələbə və gənclərin müraciətlərini gözləyirik.

 

Sizin layihədən əldə edəcəyiniz faydalar: 

  • Şəxsi və peşəkar inkişafın üçün fürsət 
  • Təcrübə qazanmaq imkanı 
  • Yaradıcı və təşəbbüskar komandanın parçası olmaq 
  • Uğurlu networking əlaqələri 

 

Ancaq formu uğurla doldurulan namizədlərlə əlaqə saxlanılacaq ikinci-müsahibə mərhələsi üçün

 

Sosial İnnovasiya Akademiyası layihəsi “Dəstəkçi” - Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı və Edumap Təhsil Portalının tərəfdaşlığı ilə həyata keçirilir. 

 

Qeydiyyat linki 

https://forms.gle/qRiC7ZC977MH2Yau5 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az