Çərşənbə axşamı, 1 İyul, 2025

Erasmus+ KA1 mübadilə proqramı ilə Ruminiyada təhsil almaq istəyən tələbələrin nəzərinə


  • Dərc edildi: 13 Noyabr, 2023 - 21:17
Erasmus+ KA1 mübadilə proqramı ilə Ruminiyada təhsil almaq istəyən tələbələrin nəzərinə

Erasmus+ KA1 mübadilə proqramı ilə Ruminiyada təhsil almaq istəyən tələbələrimizin nəzərinə!

"Dunarea de Jos" Qalati Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında mövcud ikitərəfli Erasmus+ mübadilə proqramına əsasən universitetimizin tələbələri 2023/2024-cü tədris ilinin yaz semestri (5 ay) müddətində Ruminiyada təhsilini davam etdirmək imkanı əldə edir.

Kimlər müraciət edə bilər?

- İngilis dili biliyi B2 olan tələbələr

- Bakalavr səviyyəsinin, əsasən, II və III tədris ilində təhsil alanlar

- Magistr səviyyəsində təhsil alanlar

 Filologiya fakültəsinin “İngilis dili müəllimliyi” və “Fransız dili müəllimliyi” ixtisası üzrə, Riyaziyyat fakültəsi üzrə, Kimya və biologiya fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə, Tarix və coğrafiya fakültəsinin “Tarix müəllimliyi” ixtisası üzrə, Məktəbəqədər təhsil fakültəsi və İbtidai təhsil fakültəsinin II və III tədris ilində təhsil alan tələbələrə, eyni zamanda “Riyaziyyat fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr pilləsində təhsil alan tələbələrə üstünlük veriləcəkdir.

Təqaüd səyahət və yaşayış xərclərini əhatə edir.

Qeyd edək ki, müsahibələr 20-23 noyabr tarixlərində keçiriləcəkdir.

Əlavə məlumat və müraciət üçün:

İmeyl: [email protected] Tel: +99412 4934816 Ünvan: ADPU-nun əsas tədris binası, Beynəlxalq əlaqələr şöbəsi (313-cü otaq)

 Müraciət üçün son tarix: 15 noyabr 2023-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 850
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 235
Sertifikatlaşdırmada...