Bazar, 24 Avqust, 2025

“Startup School 3: Green and Digital Silk Road” adlı beynəlxalq akselerasiya proqramına qeydiyyat başladı


  • Dərc edildi: 21 Aprel, 2025 - 12:20
“Startup School 3: Green and Digital Silk Road” adlı beynəlxalq akselerasiya proqramına qeydiyyat başladı

“Startup School 3: Green and Digital Silk Road” adlı beynəlxalq akselerasiya proqramına qeydiyyat başladı

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 3: Green and Digital Silk Road” adlı beynəlxalq akselerasiya proqramına qeydiyyat başladı.

Akselerasiya proqramına Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Çin kimi Mərkəzi Asiya və tarixi İpək Yolu üzərində yerləşən ölkələrdən olan startap komandalarının müraciətləri qəbul olunur. Proqram çərçivəsində ABŞ, Cənubi Koreya, Çin, Almaniya, Türkiyə və Azərbaycanın qabaqcıl təcrübələrindən istifadə ediləcək, eyni zamanda beynəlxalq ekspertlər və mentorlar akselerasiya mərhələsinə cəlb olunacaq.

“Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 3” layihəsində iştirak etmək istəyən komandalar 1 iyun 2025-ci il tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/a1DoUDSquQGSwrN98

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 459
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 91
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7333
Sumqayıt Dövlət Univ...