Cümə axşamı, 4 Sentyabr, 2025

İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps) vakansiyası


  • Dərc edildi: 28 May, 2023 - 16:42
İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps) vakansiyası

“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps) vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Texniki ekspert kimi informasiya təhlükəsizliyi risklərinin azaldılmasına yönəlmiş informasiya təhlükəsizliyi proseslərinin işlənib hazırlanmasında iştirak etmək;
  • İnformasiya təhlükəsizliyi baxımından hazırlanmış proqramların arxitekturasının təhlilində iştirak etmək;
  • DevSecOps çərçivəsində yeni tədbir və metodları tətbiq etmək;
  • DevSecops sahəsində texnologiya, alətlər və iş üsullarını sınaqdan keçirmək, seçmək və tətbiq etmək;
  • Devops infrastrukturu üzrə təhlükəsizlik nəzarətlərini avtomatlaşdırmaq;
  • Təhlükəsiz proqram təminatının inkişafı tələblərinə uyğunluğu təmin etmək (SSDLC);
  • SAST, SCA, DAST skan nəticələrinin təhlil edilməsi;
  • CI/CD proseslərinin qurulmasında iştirak etmək (Jenkins, GitLab);
  • SSL/TLS sertifikatı və SSH açarının idarə edilməsi.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
  • Şəbəkə texnoloqiyaları və protokolları (UDP, TCP, IP, NTP) üzrə  biliklər;
  • DevSecOps yanaşması və SSDLC prosesi üzrə dərin biliklər;
  • SAST, DAST, SCA alətləri ilə bağlı bilik və təcrübə;
  • Mikroservis tətbiqi arxitekturasının prinsiplərini başa düşmək;
  • CI/CD pipeline iş prinsipi üzrə biliklər;
  • Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps) qeyd edərək 09 iyun 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1103
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 254
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8100
Sumqayıt Dövlət Univ...