Cümə, 22 Avqust, 2025

Marketinq üzrə maaşl təcrübə proqramı


  • Dərc edildi: 14 Dekabr, 2023 - 13:18
Marketinq üzrə maaşl təcrübə proqramı

Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli təcrübə keçmək və universiteti bitirdikdən sonra şirkətdə işləmək imkanı təklif edir.

      Əyani şöbədə 3-cü və daha yuxarı kursda oxuyan tələbələr (magistr və aspirantlar daxil olmaqla) və universiteti yeni bitirən namizədlər Carlsberg Azerbaijan-da təcrübə proqramında iştirak edə bilərlər. Tələbələrə əmək müqaviləsi bağlamaq təklif olunur (müəyyən sınaq müddəti ilə). Təcrübə başa çatdıqdan sonra yüksək nəticələr göstərən təcrübəçilərə təcrübə və ixtisaslarına uyğun olaraq daimi iş təklif oluna bilər (Şirkətdə vakansiya olduğu halda).

 

Görüləcək işlər:
- marketinq strategiyalarının və şirkətin brendinin reklam kampaniyalarının hazırlanmasında və həyata keçirilməsində dəstək
- saytımız və sosial şəbəkələr üçün kontentin hazırlanmasında iştirak
- təqdimatların və reklam materiallarının hazırlanmasında dəstək
- daha effektiv marketinq strategiyalarının müəyyən edilməsi üçün bazarın və rəqiblərin təhlili

Təcrübə proqramında iştirak üçün lazım olan biliklər:
- marketinq, reklam, PR və ya əlaqəli sahələrdə ali və ya orta təhsil

- marketinq sahəsində işləmə və bacarıqlarını təkmilləşdirmə istəyi

- Təqdimat hazırlama bacarığı

- Ofis proqramlarında işləmə bacarığı : MS Word, MS Excel, MS PowerPoint

- Yazılı və şifahi kommunikasiya bacarığı

- Komandaya rahat adaptasiya və tez öyrənmək bacarığı

- Analitik və kreativ düşünmə bacarığı
- Azərbaycan, ingilis və rus dili bilikləri

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin vakansiyaya namizədsinizsə CV formasını doldurub, əmək haqqı gözləntlərinizi qeyd etməklə buraya, göndərməyinizi xahiş edirik.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 341
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 69
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7197
Sumqayıt Dövlət Univ...