“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində SQL Developer vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
- Bankdaxili proseslər və hesabatların maksimum avtomatlaşdırılması;
- Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
- Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
- Məlumat bazasının yaradılması və idarə edilməsi üzrə müasir texnologiyalarla işin təşkili.
Namizədə qarşı tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- SQL, DWH, ETL, Python, Airflow, Oracle, PostgreSQL bilikləri;
- Analitik düşünmə bacarığı;
- Agile metodologiyası barədə məlumatlı olmaq;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Sertifikatları olan namizədlərə üstünlük verilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə SQL Developer qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur