Bazar, 24 Avqust, 2025

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir


  • Dərc edildi: 26 Noyabr, 2024 - 02:28
“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir.

 

Sorğuların idarə olunması platforması (https://app.anket.edu.az/user/88) vasitəsilə qeydiyyatdan keçən şagirdlər lazımi formaları müvafiq keçidə daxil olaraq əldə edə bilərlər:

Annotasiya və Sertifikasiya

Forma 1

Forma 1A

Forma 1B

Forma 1C

Forma 2

Forma 3

Forma 7

Layihənin tərtib forması

Tədqiqat planı – Layihə xülasəsi

Qeyd edək ki, müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 31 oktyabr 15:30-dan etibarən 24 dekabr 17:00-dək https://app.anket.edu.az/user/88 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.

Müsabiqə ilə bağlı qaydalar və formalar, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.

Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:

Mob: +99450 791 46 31

Mail: [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 459
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 91
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7333
Sumqayıt Dövlət Univ...