İnsan Resursları - Əməliyyat üzrə mütəxəssis vakansiyası

Vakansiya: İnsan Resursları - Əməliyyat üzrə mütəxəssis


Vəzifə öhdəlikləri:


·      ƏMAS, 1C və İSB portallarında əməliyyatların icra edilməsi;
·      Əmək qanunvericiliyinə uyğun sənədləşmə və kadr uçotu işinin aparılması;
·      İşçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, vəzifədə irəli çəkilməsi və digər kadr proseslərinin rəsmiləşdirilməsi;
·      İşçi qovluqlarının hazırlanması, arxivləşdirilməsi və elektron əmək müqavilələrinin təsdiqlənməsinə nəzarət edilməsi;
·      Məzuniyyətlərin uçotunun aparılması və cədvələ uyğun istifadəsinə nəzarət edilməsi;
·      Ezamiyyə əmrlərinin hazırlanması və icrasının izlənilməsi;
·      Təsdiqlənmiş vəzifə təlimatlarının işçilərə təqdim edilməsi və tanışlıqlarının təmin olunması;
·      İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin izlənməsi və mühasibatlığa təqdim edilməsi;
·      Xəstəlik vərəqələrinin qeydiyyatı, yoxlanılması və uçotunun aparılması;
·      İnsan resursları üzrə lazımi məktubların hazırlanması və qeydiyyatının aparılması;
·      Rəhbərliyin tapşırığı əsasında insan resursları ilə bağlı hesabatların hazırlanması və digər müvafiq vəzifələrin yerinə yetirilməsi.
 


Tələblər:


·      Ali təhsil;
·      Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
·      MS Office proqramlarında sərbəst işləmək bacarığı;
·      Əmək qanunvericiliyi üzrə nəzəri və praktiki biliklər.
 


İş Qrafiki:


- Həftə içi 5 gün, iş saatı: 08:00-17:00



Biz təklif edirik:


- Müasir, dinamik və səmərəli iş mühiti.
- Karyera və fərdi inkişaf imkanları.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İnsan resursları - əməliyyat üzrə mütəxəssis" qeyd olunmalıdır.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərin müraciətlərinə baxılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az