reklam

PAŞA Malls Məlumat xidmətləri üzrə assistent vəzifəsinə namizədlər axtarır

PAŞA Malls Məlumat xidmətləri üzrə assistent vəzifəsinə namizədlər axtarır.

 

İşin xülasəsi:
 

Məlumat xidmətləri üzrə assistent ticarət mərkəzinin qonaqlarının suallarına cavab verməkdən, onlara yeni kampaniyalar barəsində məlumat verməkdən və qonaqların özlərini ticarət mərkəzində evlərindəki kimi hiss etmələrinə kömək etməkdən məsuldur. məsuldur. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV‐lərini 1 fevral 2024‐cü il saat 18.00‐dək [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Əmək funksiyalarının təsviri:
 

  • Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək;
  • Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək;
  • Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək;
  • Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq. Həmçinin tədbirlər zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq;
  • Qonaqlarla üz-üzə, telefon və electron poçt vasitəsi ilə təmasda olmaq;
  • Qonaqların sorğularına vaxtı-vaxtında cavab vermək;
  • Qonaqların şikayətlərini həll etmək;
  • Qonaqların sorğularını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq;
  • Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək;
  • Sorğular, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək;
  • Daxili şöbələrlə təmasda olmaq;
  • Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək;
  • Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.)

 

Əsas meyarlar:
 

  • Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarıqları;
  • Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Güclü iş etikası;
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq;
  • MS Office proqramları ilə işləyə bilmək;
  • Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və güclü təşkilatçılıq bacarıqları;
  • Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı;
  • Detallara diqqət və problemləri həll etmək bacarığı;
  • Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı nümayiş etdirmək;
  • Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları;
  • İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək

 

Şirkət haqqında:

 

PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 7 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.

Qrupun portfelinə daxildir:

Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;

Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;

Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;

Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;

Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;

Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall;

Və tezliklə bizim səkkizinci ticarət mərkəzimiz – Crescent Mall, öz  qapılarını qonaqlarımızın üzünə açacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az