Cümə axşamı, 31 İyul, 2025

ARTİ müəllif müsabiqəsi elan edir


  • Dərc edildi: 16 Fevral, 2023 - 19:29
ARTİ müəllif müsabiqəsi elan edir

ARTİ-nin Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması məqsədilə müəllif müsabiqəsi elan edir. 

 

Tələblər:

 

•       Riyaziyyat fənni üzrə dərin biliklər;

•       Araşdırmaçılıq, tədqiqatçılıq keyfiyyətləri;  

•       Yüksək özünütəhsil vərdişləri; 

•       Xarici dil bilikləri  – rus və ingilis dillərində ən azı, oxuyub-anlama səviyyəsi;  

•       Kompüter və İKT-dən istifadə bacarıqları; 

•       Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı; 

•       Pedaqoji təcrübə;  

•       Fənn kurikulumu ilə tanışlıq; 

•       Riyaziyyat fənni və tədrisi üzrə elmi dərəcə arzuolunandır;  

•       Tədris resurslarının hazırlanması üzrə təcrübə arzuolunandır. 

 

Müsabiqədən keçən müəllifliyə namizədlər xarici mütəxəssislər tərəfindən keçiriləcək təlimlərə cəlb olunacaq. 

 

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 269
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 871
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 752
Azərbaycan Texnologi...