Şənbə, 26 İyul, 2025

“ConstructionTech Incubation” layihəsi çərçivəsində keçiriləcək Hakaton üçün qeydiyyat başladı


  • Dərc edildi: 21 Aprel, 2025 - 18:12
“ConstructionTech Incubation” layihəsi çərçivəsində keçiriləcək Hakaton üçün qeydiyyat başladı

AzMİU, “ConstructionTech Incubation” layihəsi çərçivəsində keçiriləcək Hakaton üçün qeydiyyat başladı. 



Hakaton “ConstructionTech Incubation” layihəsi çərçivəsində keçirilir. 
Hakatonda yalnız AzMİU-nun tələbə, magistr, doktorant və əməkdaşları iştirak edə bilər.
"ConstructionTech Incubation" layihəsi İnnnovasiya və Rəqəmsal İnkişaf Agentiyinin (İRİA) dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilir. Layihə AzMİU-nun "İnnovativ biznes inkubator" bölməsi tərəfindən tərəfindən icra edilir.


Hakatonun aşağıdakı əsas istiqamətlər üzrə keçiriləcəkdir: 


• Yaşıl enerji və davamlı tikinti modelləri;
• Dayanıqlı və nano tikinti materialları üzrə startap həlləri;
• Ağıllı şəhər planlaşdırılması və rəqəmsal monitorinq sistemləri; 
• BIM və süni intellekt ilə rəqəmsallaşdırılmış tikinti idarəetməsi;
• Oyun texnologiyalarının memarlıq və tikinti layihələrinə tətbiqi;
• Tikinti obyektlərində əmək və texniki təhlükəsizliyin avtomatlaşdırılması.
Qeydiyyat formunu doldurmaqla, Hakatonda iştirak istədiyinizi bildirmiş olacaqsınız.
Müraciət edənlər arasından Hakaton iştirakçıları seçiləcək.
Müraciət etmək üçün son tarix: 27 aprel 2024, saat 23:59


Hakaton yekununda mükafatlandırma:


1-ci yer – 2000 azn;
2-ci yer – 1500 azn;
3-cü yer – 1000 azn. 


Bununla yanaşı həm qaliblərə, həm də iştirakçılara sertifikat təqdim ediləcək.
Hakaton ərzində perspektivli komandalar İnkubasiya proqramına qatılma hüququ əldə edəcəklər.

Qeydiyyat linki: LİNK

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 189
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 776
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 549
Azərbaycan Texnologi...