Cümə axşamı, 21 Avqust, 2025

“PAŞA Sığorta” ASC şirkəti Tibbi Xidmətlər üzrə Kiçik Mütəxəssis vakansiyası elan edir


  • Dərc edildi: 16 Yanvar, 2024 - 18:22
“PAŞA Sığorta” ASC şirkəti  Tibbi Xidmətlər üzrə Kiçik Mütəxəssis vakansiyası elan edir

“PAŞA Sığorta” ASC şirkəti  Tibbi Xidmətlər üzrə Kiçik Mütəxəssis vakansiyası elan edir. 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
* İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
* İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
* Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
* Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
* Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
* Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR
* Tibb üzrə ali təhsil;
* Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
* Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.

TƏCRÜBƏ
* Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.

BACARIQLAR
* Ünsiyyət qurmaq bacarığı;
* Qeyri standart vəziyyətə  cəld reaksiya vermək.

Son müraciət tarixi: 15 fevral 2024

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...