Sətəm üzrə mütəxəssis vakansiyası.
“Huner Construction” MMC
Namizədə tələblər:
· Təhsil : Ali təhsil ,
· Sertifikat : SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür.
· Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il.
· Dil bilikləri: Rus dili arzu olunandı.
· MS Office,
· Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
· Problem həll etmə və əməkdaşlıq bacarıqları
· Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
· Prinsip və Dəyərlərə sadiqlik
· Prosedur və qaydalara riayət etmək
· Operativlik və İcra etmək bacarığı
· Detallara fikir vermə
Təklifimiz:
· İş yeri : Bakı şəhəri , Səbail rayonu , Badamdar qəsəbəsi , Buta küçəsi 99
· İş qrafiki: 6 günlük.
· Nahar Şirkət tərəfindən verilir
· Əmək haqqı: Rəqabətə davamlı.
Texniki Bacarıqlar:
· SƏTƏMM üzrə əmək qanunvericiliyi və texniki təhlükəsizlik
· Təhlükəsiz iş metodları üzrə biliklər
· Təhlükələrin və risklərin müəyyən edilməsi
Vəzifə öhdəlikləri:
· İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi.
· İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili.
· İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması.
· Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi.
· Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanmsı.
· Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması.
· İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi.
· Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət.
· İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi.
· İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.
· Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin verməsi.
CV forması :
[email protected]
Son elan tarixi: 31.07.2024
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur