"XANIMLAR ÜÇÜN ÖDƏNİŞSİZ POWER BI TƏLİMLƏRİ"

Hörmətli xanımlar!

Zen Analytics tərəfindən keçiriləcək növbəti layihədə sizi görməkdən məmnunluq duyuruq. “POWERFUL 10 WOMEN” başlığı altında keçiriləcək Microsoft Power BI-ın tədrisini nəzərdə tutan layihə sizin karyeranızda yeniliklərə nail olmanıza, bilik və bacarıqlarınızın müasir tələblərə cavab verməsinə töhfə verəcəkdir.

Aşağıda qeyd olunmuş başlıqlarda layihə haqqında daha ətraflı məlumat alaraq, layihəmiz üçün qeydiyyatdan keçə bilərsiniz.

Bootcamp haqqında ümumi məlumat

Məqsədləri:

  • Qadınlara karyera perspektivlərini artıra biləcək dəyərli və müasir bacarıqlar verməklə onları gücləndirmək;
  • Daha çox qadını bu sahədə karyera qurmağa təşviq etməklə, data analitikası sahəsində gender fərqini aradan qaldırmaq və “güclü qadın, güclü Azərbaycan” devizinə dəstək olmaq;
  • Əməkdaşlıq və bilik mübadiləsini təşviq edən dəstəkləyici öyrənmə mühiti yaratmaq.

Əhatə etdiyi mövzular

Təlim Microsoft Power BI vasitəsilə məlumatların əldə olunması, təhlili və vizuallaşdırılması kimi mövzuları əhatə edəcək. Siz bootcamp-da öyrənəcəksiniz:

  • Power BI ilə tanışlıq
  • Power Query və onun tətbiq sahələri (Google Sheets, Web-dən məlumatların əldə olunması)
  • Power Query yeni sütunların əlavə olunması, cədvəllərin birləşdirilməsi
  • Power BI-da fərqli vizualların qurulması və interaktiviliyin təmin olunması
  • Data modeling və DAX bilgilərinin tətbiqi, fərqli formulaların yazılması və istifadəsi
  • Hesabatlara fərqli funksionallıqların əlavə olunaraq irəli səviyyəyə gətirilməsi
  • Dashboard yaradılması və Power BI Service-də istifadə edilərək istifadəçilərlə bölüşülməsi

İştirakçılardan kurs materialını başa düşdüklərini nümayiş etdirmək üçün tapşırıqları və yekun layihəni yerinə yetirmələri tələb olunacaq.

Təqvim və önəmli tarixlər

7 İyun, 2023 – qeydiyyat başlayır

15 İyun 2023 – qeydiyyat sona çatır

Təlim həftədə 2 dəfə olmaqla 4 həftə müddətində keçiriləcək.

Qeydiyyat və ödəniş haqqında

Bootcamp-da iştirak tamamilə ödənişsizdir. Seçilməniz üçün qeyd edilmiş formu doldurarkən təqdim edilən cavablar, maddi durumunuz əsas rol oynayacaqdır. Qeydiyyatdan keçdikdən sonra növbəti mərhələlər haqqında ətraflı məlumat əldə edəcəksiniz. Ümumilikdə sizi 2 mərhələ gözləyir:

  1. Qeydiyyat
  2. Müsahibə

Müsahibə mərhələsini uğurla keçdikdən sonra isə dərslərdə iştirak hüququna sahib olacaqsınız.

Təlimçilər haqqında

Bootcamp ərzində sizi Kəmalə Qaraşova müşayət edəcəkdir. Kəmalə xanım ölkəmizdə ən qabaqcıl Power BI mütəxəssislərindən biridir və bu sahədə kifayət qədər biliklərə sahibdir. Hazırda Wood şirkətində BI Reporting Specialist kimi çalışır.

Keçirilmə yeri

Bootcamp online olaraq, Microsoft Teams üzərindən keçiriləcəkdir.

İştirakçıların qiymətləndirilməsi

İştirakçılar tapşırıqlar və yekun layihədəki performanslarına görə qiymətləndiriləcəklər. Təlim proqramının gələcək təkrarlarını təkmilləşdirmək üçün iştirakçılardan rəylər də toplanacaq. Uğurla bitirmiş iştirakçılara sertifikat təqdim olunacaq və həmin şəxslər Zen Analytics-in karyera bankına əlavə olunacaq.

Yekun olaraq qeyd edək ki, bu layihə Azərbaycanda qadınlara dəyərli bacarıq və biliklər vermək, onları data analitikası sahəsində karyera qurmaq üçün gücləndirmək məqsədi daşıyır. Dəstəkləyici təlim mühiti və praktiki təlim vasitəsilə iştirakçılar bu sahədə üstün olmaq və Azərbaycan iqtisadiyyatının böyüməsinə və inkişafına töhfə vermək üçün təchiz olunacaqlar.

Bootcamp sizə nə qazandıracaq?

İlk olaraq dəyərli peşəkarlarla əhatələnərək yeni əlaqələr yaratmaq sizin üçün əvəzolunmaz bir fürsətdir. Bu imkanlardan əlavə sizin başlayacağınız bilgi səyahətinin sonunda Power BI biliklərinizi rəsmi olaraq təsdiqləmək şansı qazanacaqsınız. Bildiyiniz kimi, Power BI üzrə rəsmi sertifikat imtahanı Microsoft Certified: Power BI Data Analyst Associate (PL-300) sadəcə “Zen Analytics” tərəfindən tədris olunur. Layihəmizi uğurla başa vuran iştirakçılar imtahan hazırlığı və imtahanla bağlı fərqli güzəştlər əldə edəcəklər. Daha ətraflı aşağıda tanış ola bilərsiniz.

Təlim müddətində ən yaxşı performans göstərən iştirakçılar 3 yer uğrunda mübarizə aparacaqlar:

1-ci yer: Zen Analytics tərəfindən Microsoft Certified: Power BI Data Analyst Associate (PL-300) imtahanı hazırlığı kursu və rəsmi imtahan rüsumunun ödənilməsi

2-ci yer: Microsoft Certified: Power BI Data Analyst Associate (PL-300) imtahanı hazırlığı kursuna 75% endirim

3-cü yer: Microsoft Certified: Power BI Data Analyst Associate (PL-300) imtahanı hazırlığı kursuna 50% endirim

Qeydiyyat

Əgər verdiyimiz məlumatlar sizi həyəcanlandırdısa, o zaman qeydiyyatdan keçmək vaxtıdır. Aşağıdakı link vasitəsilə suallara cavab verərək 10 şanslı xanımdan biri olmağa tələsin.

Qeydiyyat formu.

Əlaqə

Layihə ilə bağlı hər hansı sual yaranarsa, o zaman bizimlə əlaqə saxlaya bilərsiniz.

E-mail: [email protected]

Telefon: 050 536 12 39

WhatsApp: 050 750 68 83


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az