Bazar ertəsi, 1 Sentyabr, 2025

Muzey Gecəsi iştirakçılarını immersiv və düşündürücü səyahətə dəvət edir


  • Dərc edildi: 13 May, 2023 - 10:49
Muzey Gecəsi iştirakçılarını immersiv və düşündürücü səyahətə dəvət edir

Həyəcanla gözlənilən Muzey Gecəsini elan edirik!

YARAT Müasir İncəsənət Məkanı 19 may tarixində keçiriləcək Muzey Gecəsi iştirakçılarını immersiv və düşündürücü səyahətə dəvət edir.

İlhamını Karl Qustav Yunqun məşhur arxetiplər nəzəriyyəsindən alan tədbir, "kölgə" anlayışına əsaslanıb. Beləliklə, “Kölgə arxasında” şüarı altında təqdim olunan tədbirdə, hər bir iştirakçı özünü anlamağa və ifadə etməyə fürsət əldə edəcək.

YARAT Mərkəzi (1-ci mərtəbə, sərgi məkanı):

Alina Yusupovanın "Məhdudiyyətsiz qara" performansı
21:30 – 22:00
Yaş məhdudiyyəti: 18+

"RAW" kodinq duetinin multimedia performansı
23:00 – 00:00
Yaş məhdudiyyəti: 18+

YARAT Mərkəzi (2-ci mərtəbə, MFZ):

Ramal Kazım ilə "Ruhun aynası" ustad dərsi
18:00 – 19:00
Yaş məhdudiyyəti: 18+

Azərbaycan Dövlət Pantomima Teatrı

"Manqurt" tamaşası
21:30 – 22:30
Yaş məhdudiyyəti: 18+

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (1-ci mərtəbə, sərgi məkanı):

"Muzeydə gecə" interaktiv turu
21:20 – 21:40
21:50 – 22:10
Yaş məhdudiyyəti: 18+

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə):

Şəkərbura Şou
"Klub 22" intellektual oyunu
22:30 – 00:00
Yaş məhdudiyyəti: 18+

Bakı Bulvarı ("Suraxanı" gəmi-muzeyinin yanı)
"Call It" (Azərbaycan) və "MokuMoku" (Gürcüstan) qruplarının canlı konserti
00:00 – 02:00

"Muzey Gecəsi" layihəsi Bakı Bulvar İdarəsi, "Meatadore" və "iTicket" platformasının dəstəyi ilə həyata keçirilir.

Bütün tədbirlərə giriş ödənişsizdir.

Qeydiyyat iTicket vasitəsi ilə aparılır:
https://iticket.az/ru/events/other/museum-night

Əlavə məlumat üçün: 050 246 92 92

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 979
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7880
Sumqayıt Dövlət Univ...