Bazar ertəsi, 1 Sentyabr, 2025

“Bank Respublika” ASC Şəki filialı üçün Kassir vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 31 May, 2023 - 19:37
“Bank Respublika” ASC Şəki filialı üçün Kassir vəzifəsi üzrə vakansiya elan edir

“Bank Respublika” ASC Şəki filialı üçün Kassir vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

 

Namizədə qarşı tələblər:

 

  • Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
  • Yüksək ünsiyyət bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Şəki) qeyd etməklə 14 iyun 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 980
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7883
Sumqayıt Dövlət Univ...