Cümə, 22 Avqust, 2025

Heydər Əliyev – 100 : Mühəndislik hakatonu


  • Dərc edildi: 9 Oktyabr, 2023 - 14:37
Heydər Əliyev – 100 : Mühəndislik hakatonu

Heydər Əliyev – 100 : Mühəndislik hakatonu

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) oktyabr ayının 14-ü və 15-də kompüter elmləri və mühəndislik üzrə təhsil alan tələbələr arasında "Heydər Əliyev - 100 : Mühəndislik Hakatonu" adlı yarış təşkil edir.
Hakatonun məqsədi istedadlı gənc tələbələrin potensialını müəyyən etmək Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan üçün elmi tərəqqi və innovasiyaları cəmiyyətin həyatına tətbiq etməyi təşviq etməkdir.
Yarışda ölkəmizin Ali təhsil müaəssisələri öz komandaları ilə iştirak edəcək. Hər bir komanda 4 nəfərlik iştirakçıdan ibarət olmaqla 3 istiqamətdən biri üzrə (Ekologiya və ətraf mühit, Nəqliyyat və loqistika, Texnologiya və İnnovasiya) verilmiş tapşırığa öz həllərini təklif edəcək.
Komandalar yarışın sonunda münsiflər heyəti qarşısında təqdimatla çıxış edəcəklər. Onların təqdim etdiyi həllər münsiflər heyəti tərəfindən öncədən müəyyən edilmiş kriteriyalar əsasında qiymətləndiriləcək və kodlaşdırma tapşırıqları və kodun tətbiqinin mümkünlüyü yoxlanacaqdır.
Mühəndislik Hakatonunda 3 istiqamət üzrə qaliblər müəyyən olunacaq. Həmin qaliblər, 21 oktyabr tarixində keçiriləcək rəsmi tədbirdə elan olunacaqdır.

Email: [email protected]
Telefon: 012 599 00 74

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 278
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 64
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7169
Sumqayıt Dövlət Univ...