Çərşənbə axşamı, 1 İyul, 2025

III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək


  • Dərc edildi: 26 Aprel, 2023 - 15:01
III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

7 may tarixində ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası və XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilir.

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/uxc8S2HkCYcumWie9

Qeydiyyat prosesi 3 may saat 23:59-a qədər davam edəcək.

Olimpiada 7 may 2023-cü il tarixində saat 11:00-da Bakı Dövlət Universitetində keçiriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 14
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 11
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...