9-cu sinif şagirdlərinin nəzərinə

9-cu sinif şagirdlərinin nəzərinə
İT sahəsində gələcəyinizi qurmaq üçün “Rəqəmsal bacarıqlar” təmayül 10-cu sinifdə təhsil almaq imkanını qaçırmayın.
Azərbaycanın və ya dünyanın ən qabaqcıl universitetlərinə daxil olmaq istəyirsinizsə, o zaman bu siniflərdə təhsil almaq üçün qeydiyyatdan keçməyə tələsin.
9-cu sinif şagirdləri ilk növbədə https://digitalskills.edu.az/ veb-səhifəsində test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməli, bu siniflərə qəbul üzrə müraciətlərini təsdiq etməlidirlər. Veb-səhifədə əks olunan məktəblərin siyahısında adları qeyd olunan məktəblərlə yanaşı, həmin məktəblərin yerləşdiyi ərazidəki digər məktəblərdən (qonşu məktəblərdən) də şagirdlər bu sinifdə təhsil üçün müraciət edə bilərlər. Digər məktəbdən müraciət edən şagirdlər “Rəqəmsal bacarıqlar” təmayül sinifdə təhsil almaq üçün siyahıda adları qeyd olunan məktəbi uyğun bilərək həmin məktəbə yerdəyişmə edəcək və 10-cu sinifdə təmayül sinifdə təhsilini davam etdirəcək.
Qeyd edək ki, bu siniflərdə təhsil alan şagirdlər informasiya texnologiyaları ixtisasları üzrə daha hazırlıqlı, proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlara sahib olmaq imkanı əldə edirlər
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az